Sabrina Veqa (; doğ. 28 fevral 1987) — ispaniyalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007).
Şahmat karyerası 1996-cı ildən 2007-ci ilədək müxtəlif yaş kateqoriyalarında İspaniyanı gənclər arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. Mondaris (2005–06), Lork (2007) və La-Masana (2007) şəhərlərində keçirilmiş beynəlxalq turnirlərdə qadınlar arasında beynəlxalq qrosmeyster normasını yerinə yetirib. Ardıcıl iki dəfə Belqradda keçirilmiş beynəlxalq turnirlərdə qalib olub (2013, 2014).
İspaniyanın qadınlardan ibarət milli komandasının tərkibində yeddi dəfə Ümumdünya Şahmat Olimpiadalarında (2004, 2008–2016), altı dəfə isə Avropa çempionatlarında (2005–2015) çıxış etmişdir.
Üç dəfə qadın şahmatçılar arasında İspaniya çempionu olub (2008, 2012, 2015). 2016-cı ildə Rumıniyanın Mamaya şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında XVII şəxsi Avropa çempionatında gümüş medal qazanıb.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Sabrina Vega Gutierrez. Chess-DB.com Sabrina Vega Gutierrez . Chessgames.com Sabrina Vega Gutierrez . 365Chess.com
Kateqoriya:İspaniya şahmatçıları Kateqoriya:Las-Palmas-de-Qran-Kanariya doğulanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat beynəlxalq ustaları