Mius — Ukrayna (Luqansk и Dones vilayətləri) və Rusiya (Rostov vilayətinin Kuybişevski, Matveevo-Kurqanski Neklion rayonları) ərazisinsən axan çay. Çay Taqanroq körfəzinin Miusski limanı ərazisinə (Azov dənizi) tökülür.
Coğrafiyası Mius çayı Luqansk vilayətinin Mius və Knyaqinevka qəsəbələri yaxınlığından Luqansk və Dones vilayətlərinin səshədindən keçir.
Hidronim Mius toponiminə Rusiyanın qərb ərazilərində rasr gəlmək mümkündür. Bu sözün fars dili etimologiyası vardır. Mius "mis" metalının adından törəməsi ehtimal edilir (. Bu dın buraralara fars dilli sarmatlar, skiflər tərəfindən gətirilməsi ehtimal edilir. Bunu təstiqləyən çoxlu sayda dəlil bürünc dövrünə aid mənbələrələ təstiqlənir. Digər versiyaya görə "mius sözü" qədim türklərdə "buynuz", "künç" mənasını verirdi. Üçüncü versiyada "miyoş" sözündən törəmişdir ki, bu sözdə qədim türklərdə "palçıq" mənasını verir. Böyük Moskva knazlığı ilə olan XV əsr sənədləşmələrində çay məhz Miyuş adlandırılırПамятники дипломатических сношений с Крымскою и ногайскою ордами и с Турцией.//Сборник императорского исторического общества т.41..
Xüsusiyyətləri Mius çayının uzunluğu 258 km, hövzəsinin sahəsi isə 6680 km² təşkil edir. Yatağı V varı dərəyə sahibdir. Bu əsasən yuxarı axarlarda müşahidə edilir. Burada onun eni 0,2 km — 1,2 km arasında dəyişir. Aşağı axarlarda isə eni 5–7 km qədər artır. Çayın dərinliyi bir çox yerlərdə 6 metr olduğu halda, astanalarda isə 0,5 metrə çatır. Əsas qolları: Qluxaya, Olxovçik, Krınka, Miusik Krepenkaya, Naqolnaya və s.
Əsasən qar və yağış sularə ilə qidalanır. Dekabrda donur. Martda isə donu açılır. Yaz daşmaları xarakterikdir. Mius çayı üzərində kiçik su anbarları vardır. Bunlar əsasən sənsye, meliorasiya, hidroenergetika və sarirdə istifadə edilir. XVII əsrdə çayın mənsəbində Semyonovskaya qalası inşa edilmişdi.
Mius-cəbhəsi Böyük Vətən müharibəsi (1941–1945) dönəmində çay boyunca almanlar tərəfindən Mius-cəbhəsi təşkil edilmişdi. Bu xətt almanlar tərəfindən 1943-cü ilin avqust ayında tərk edilmişdir.
Mənbə Празднование 9 мая на Миус-фронте Mius Миус в фотографиях Миус (БСЭ)
İstinadlar
Kateqoriya:Rostov vilayəti çayları Kateqoriya:Azov dənizi hövzələri Kateqoriya:Avropanın beynəlxalq çayları Kateqoriya:Donbas