Xan-Şeyxunda kimyəvi silahdan istifadə () — 2017-ci ilin 4 aprel tarixində yerli vaxtla saat 06:30-da Suriyanın İdlib mühafazasına daxil olan Xan-Şeyxun şəhəri yaxınlığında dinc əhaliyə qarşı istifadə edildiyi iddia olunan xlor qazlı kimyəvi silah hücumu. İddia edilir ki, hadisə şahidlərinin ifadələrinə görə, hücum orduya bağlı qüvvələr tərəfindən gercəkləşdirilmişdir. İlkin məlumatlarda 72 nəfər öldüyü, 220-dən çox şəxsin isə yaralandığı bildirilir. Röytersin Suriya müxalifətinə istinad edərək yaydığı məlumatda, qurbanların hücumun ardından nəfəs almaqda çətinlik çəkərək, boğulduqları iddia edilib. Suriya müharibəsi dövründə bir necə dəfə kimyəvi silahdan istifadə halları iddia edilib. thumb|200px|Kimyəvi silahdan istifadə olunduğu iddia edilən ərazi qırmızı dairədə göstərilmişdir. 2013-cü ildə Quta yaxınlığında baş verdiyi və 355-dən çox şəxsin ölümü ilə nəticələndiyi iddia edilən kimyəvi silah hücumu bunlardan ən bilinənidir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov yaydığı bəyanatda Suriya aviasiyasının İdlibdə kimyəvi silah anbarına zərbə endirdiyini bildirib. Bəyanatda qeyd edilir ki, Suriya Hərbi-Hava Qüvvələri İdlib mühafazasının Xan-Şeyxun yaşayış məntəqəsinin şərq ətrafında terrorçulara məxsus silah-sursat anbarına zərbə endirib. Həmin anbarda İraqa tədarük olunan kimyəvi silah arsenalları saxlanılıb. Onun sözlərinə görə, anbarın ərazisində zəhərli maddələrlə təchiz edilmiş fuqasların istehsalı sexləri fəaliyyət göstərib. Konaşenkov həmin sursatlardan Hələb şəhərində də istifadə edildiyini qeyd edib.Chemical attack in Idlib draws international condemnation . TRT World. 4 April 2017.
Münasibət BMT Baş Katibi Antoniu Quterreş müharibə zonalarında kimyəvi silahlardan istifadə edilməsinin qadağan edildiyi xatırladaraq Xan-Şeyhun yaxınlığında baş vermiş hadisədən narahat olduğunu ifadə edib.Syria: UN chief 'deeply disturbed' by reports of alleged chemical attack; OPCW investigating , UN News Centre (April 4, 2016). Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı baş vermiş hadisənin ciddi problem olduğu bildirilib və bütün qaynaqları ilə ətraflı məlumatlar əldə etməyə çalışdığı əlavə edib.OPCW Press Release on Allegations of Chemical Weapons Use in Southern Idlib, Syria , 2017–04–04. Fransanın tələbi ilə hücumdan sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.France wants U. N. Security Council meeting after suspected Syria chemical attack , Reuters (4 April 2017).Associated Press, France Seeks Emergency UN Meeting After Suspected Chemical Attack in Syria , Reuters (4 April 2017). Fransa və Böyük Britaniya hadisə barədə daha ətraflı məlumatların öyrənilməsi üçün digər üzv dövlətlərlə səyləri birləşdirməyi planlaşdırsa da, Rusiyanın məsələ də hansı mövqe tutacağı bəlli deyil.Syria chemical attack: UK, France, US demand action , Agence France-Presse (5 April 2017).Michelle Nichols, U. N. council to meet Wednesday on suspected Syria toxic gas attack , Reuters (4 April 2017).
ABŞ prezidenti Donald Tramp baş vermiş hadisəni qınadığını bildirərək, müasir dünyanın gözləri önündə kimyəvi silahlardan istifadənin yolverilməz olduğunu ifadə edib.Alexander Smith, Syria Gas Attack Reportedly Kills Dozens in Idlib Province , NBC News (4 April 2017). Tramp eyni zamanda hadisə ilə bağlı Barak Obama adminstrasiyasını tənqid edib.Andrew Rafferty & Stacey Klein, Trump Pins Blame for Syrian Attack on Obama Administration , NBC News (4 April 2017). ABŞ Dövlət Katibi Reks Tillerson açıqlamasında kimyəvi silahdan istifadə edənlərin, insanlığın əxlaqına ziyan vurduğunu və bu əməllərə görə cavab verməli olduqlarını bildirib."Chemical Weapons Attack in Syria (press release), United States Department of State (4 April 2017).
Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini açıqlmasında baş vermiş hadisənin dəhşətli olduğunu bildirib və hadisəyə görə məsuliyyətin Bəşər Əsəd hökumətinin daşıdığını əlavə edib.
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanda hadisənin insanlıqdan kənar şəklində şərh edib.
Suriya xarici işlər naziri Vəlid Müəllim bildirib ki, "Biz heç vaxt kimyəvi silahlardan istifadə etməmişik, gələcəkdə də etməyəcəyik."
İstinadlar
Həmçinin bax Şayrat azviabazasının bombardman edilməsi
Xarici keçidlər
Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2017-ci ildə Suriya Kateqoriya:Kimyəvi silahlar Kateqoriya:Suriyada siyasət