Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq.Burian// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 85.

Həyatı Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir.

Fəaliyyəti Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.

Burielın quruluş verdiyi tamaşalar arasında M. Qorkinin "Yeqor Bulıçov və başqaları" (1934), N.F. Poqodinin "Aristokratlar" (1935), P. Bomarşenin "Sevilya bərbəri" (1936) və s. var. Buriel "Müharibə" (1935), "Xalq süitası" (1938) və s. pyeslərin müəllifi və rejissoru olmuşdur. Faşist işğalı illərində həbs düşərgəsinə salınmışdır (1941–45). Azad edildikdən sonra öz teatrının fəaliyyətini bərpa etmişdir ("Həyatın dibində", M. Qorki, 1951; "Taxtabiti", V.V. Mayakovski, 1956; Y. Qaşek, B. Brext və b. əsərləri). "Vera Lukaşova" (1939), "Həyat təşnəsi" (1950) və s. kinofilmlərin rejissoru olmuşdur. Teatr və musiqiyə dair məqalələrin müəllifidir.

İstinadlar

Xarici keçidlər English info Encyclopedia.com article

Kateqoriya:Praqada vəfat edənlər Kateqoriya:Çexiya bəstəkarları Kateqoriya:Çexiyada doğulanlar Kateqoriya:Çexiya rejissorları Kateqoriya:Çexiya yazıçıları Kateqoriya:Çex yazıçılar Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Çexiya dramaturqları Kateqoriya:Opera bəstəkarları