Sankt-Peterburq metrosunda terror () — Rusiyanın Sankt-Peterburq şəhər metrosunun Texnoloqiçeskiy institut və Sennaya ploşşad stansiyaları arasında, qatarda təşkil edilmiş terror hücumu. İlk məlumatlarda doqquz nəfərin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilmişdir. Hadisədə ən azı 45 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Partlayıcının sənədlərin daşınması üçün istifadə olunan çantada aşkarlandığı bildirilir. Hadisədən dərhal sonra ikinci bir partlayıcı çantası aşkarlanaraq terror hücumunun törədilməsinin qarşısı alınmışdır. İnterfaks xəbər agentliyinin yaydığı məlumatda terror hücumunun terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Hadisənin törədilməsində əsas şübhələr Mərkəzi Asiyadan idarə olunan islam-radikalizmi göstərilməkdədir.

İstinadlar

Kateqoriya:3 apreldəki hadisələr Kateqoriya:2017-ci ildəki hadisələr Kateqoriya:2017-ci ildə Rusiya Kateqoriya:Sankt-Peterburq metropoliteni Kateqoriya:2017-ci ilin terror hadisələri Kateqoriya:Rusiyada işgəncə