Pablo Sesar Lopes Martines (; 7 yanvar 1998, Santyaqo-de-Keretaro, Meksika) — Meksika təmsilçilərindən olan Paçuka klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Meksika futbolçusu.

Klub karyerası Lopes peşəkar karyerasına Paçuka klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 18 fevral 2016-cı ildə Meksika Kubokunda Atletiko San-Luis klubuna qarşı oyunda etmişdir. Lopes Meksika Premyer Liqasında debütünü 20 noyabr 2016-cı ildə Amerika klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə Xorxe Ernandesi əvəz etmişdir.

Milli karyerası 2015-ci ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Hondurasda keçirilən Şimali Amerika Gənclər Çempionatında iştirak etmişdir. Həmin ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Pablo Argentina, Avstraliya, Almaniya, Çili, Ekvador, Nigeriya və Belçika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Almaniya və Çili millilərinə qarşı oyunda Lopes bir qolla yadda qalmışdır.

2017-ci ildə Lopes Meksikanın gənclərdən ibarət milli komandası ilə Kosta-Rikanın ev sahibliyi ilə keçirilən Şimali Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Lopes Kanada, ABŞ, Salvador və Honduras milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Uğurları

Milli komanda Meksika U-17 Şimali Amerika Gənclər Çempionatı — 2015

İstinadlar

Xarici keçidlər Статистика на soccerway

Kateqoriya:Meksikanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri