Şamayılar, gümüşcələr və ya şahmayılar () — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır.
Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də proses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı. Son illərdə müxtəlif antropogen təsirlər və ovun düzgün təşkil edilməməsi nəticəsində Şəmayı ehtiyatı kəskin azalmışdır.Lənkəran şəmayısının ovu ildə 30 sentnerdən çox olmur.Şəmayı ehtiyatını artırmaq məqsədilə Varvara balıqartırma zavodunda mütəxəssis - alimlər tərəfindən onun süni artırılması sahəsində xeyli iş görülmüşdür ki, bu da şəmayı balığı ehtiyatının bərpa olunmasına kömək edir.Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh61.
Növləri Cinsə 45 növ daxildir: thumb|right|Alburnus arborella thumb|right|Alburnus leobergi Alburnus adanensis Battalgazi, 1944 (Adana şəmayısı) †Alburnus akili Battalgi, 1942 (Beyşehir şəmayısı) Alburnus albidus O. G. Costa, 1838 (İtaliya şəmayısı) Alburnus alburnus Linnaeus, 1758 (Adi şamayı və ya gümüşcə) Alburnus amirkabiri Mousavi-Sabet, Vatandoust, Khataminejad, Eagderi, Abbasi, M. Nasri, Jouladeh & Vasil'eva, 2015 Alburnus arborella Bonaparte, 1841 Alburnus atropatenae L. S. Berg, 1925 Alburnus attalus Özuluğ & Freyhof, 2007 Alburnus baliki Bogutskaya, Küçük & Ünlü, 2000 (Antalya şəmayısı) Alburnus battalgilae Özuluğ & Freyhof, 2007 Alburnus belvica Karaman, 1924 Alburnus caeruleus Heckel, 1843 Alburnus carinatus Battalgil, 1941 Alburnus chalcoides Güldenstädt, 1772 (Xəzər şamayısı/şəmaisi/gümüşcəsi) †Alburnus danubicus Antipa, 1909 Alburnus demiri Özuluğ & Freyhof, 2008 Alburnus derjugini L. S. Berg, 1923 (Gürcüstan şəmayı) Alburnus doriae De Filippi, 1865 Alburnus escherichii Steindachner, 1897 (Sakarya şəmayısıs) Alburnus filippii Kessler, 1877 (Kür gümüşcəsi/şəmayısı) Alburnus heckeli Battalgil, 1943 Alburnus hohenackeri Kessler, 1877 Alburnus istanbulensis Battalgil, 1941 Alburnus kotschyi Steindachner, 1863 Alburnus leobergi Freyhof & Kottelat, 2007 Alburnus macedonicus Karaman, 1928 Alburnus mandrensis Drensky, 1943 Alburnus mento Heckel, 1837 Alburnus mentoides Kessler, 1859 Alburnus mossulensis Heckel, 1843 (Mosul şəmayısı) Alburnus nasreddini Battalgil, 1943 Alburnus neretvae Buj, Šanda & Perea, 2010 †Alburnus nicaeensis Battalgil, 1941 (İznik şəmayısı) Alburnus orontis Sauvage, 1882 Alburnus qalilus Krupp, 1992 Alburnus sarmaticus Freyhof & Kottelat, 2007 Alburnus schischkovi Drensky, 1943 (Qaradəniz şəmayısı) Alburnus scoranza Heckel & Kner, 1858 Alburnus selcuklui M. Elp, F. Şen & Özuluğ, 2015 Alburnus sellal Heckel, 1843 Alburnus tarichi Güldenstädt, 1814 Alburnus thessalicus Stephanidis, 1950 Alburnus timarensis Kuru, 1980 Alburnus vistonicus Freyhof & Kottelat, 2007 Alburnus volviticus Freyhof & Kottelat, 2007 Alburnus zagrosensis Coad, 2009
İstinadlar
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.108. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.141.
Həmçinin bax
Kateqoriya:Çəkilər Kateqoriya:Konstantin Samuel Rafinski tərəfindən adlandırılmış taksonlar