Gül bayramı — Azərbaycanda müxtəlif dövrlərdə qeyd edilmiş bayram. Tarixən Şirvanda və Azərbaycanın şimal-qərb zonasında keçirilmişdir. 2000-ci ildən etibarən paytaxt Bakı şəhərində Heydər Əliyevin xatirəsi şərəfinə keçirilmişdir..
Haqqında
Tarixi Keçmişdə Şirvanda həftəseyri adlandırılan gül-çiçək bayramı qeyd edilirdi. Bu bayram Novruzda başlayır və 30–40 gün ərzində bütün cümə günləri qeyd edilirdi.Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — 708 с. Azərbaycanın şimal-qərbində bu bayram "Gül bayramı" adı ilə qeyd edilirdi.Məhəbbət Paşayeva. AZƏRBAYCANLILARIN ADƏT VƏ İNANCLARI (XIX–XX əsrlər). Bakı: AZƏRBAYCAN MILLI ELMLƏR AKADEMİYASI ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU, 2019.- 296 s. (V fəsil. Xalq inancları).
Müasir dövr Bayram Ümummilli lider Heydər Əliyevin anadan olduğu gündə, 10 may tarixində başlayır, bir neçə gün davam edir və təntənəli atəşfəşanlıqla başa çatır. Bu günlər ərzində, ənənəvi olaraq Heydər Əliyev adına parkda dibçək gülləri, kəsilmə güllər və müxtəlif formada bəzədilmiş kompozisiyalardan ibarət gül sərgisi keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə bayramda istifadə edilən güllər əsasən Hollandiya, İtaliya, Fransa və Almaniyadan gətirilir.
Hər il Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur. Bakı Şəhər İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə Gül bayramının yeni şəkildə keçirilməsi barədə yeni qərarlar qəbul edir. Şəhərin rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti strukturlarının iştirak edəcəyi əmək və Gül bayramında hər rayon özünəməxsus formada abadlaşdırma və gül əkmə işlərini gerçəkləşdirir.
Xatırladaq ki, yalnız 2016-cı ildə də Gül bayramı prezident İlham Əliyevin göstərişilə fərqli formatda keçirilmişdi. Belə ki, dövlət başçısı tədbirin keçiriləcəyi vaxtın "Aprel şəhidləri"nin 40 mərasiminə düşdüyünü nəzərə alaraq, bayramın ləğvi haqda göstəriş vermişdi. 2017-ci ildə isə bayram iməclik formatında təşkil olunmuşdu.
2017-ci ildə Azərbaycan Respublikasının ABŞ-nin Vaşinqton şəhərindəki diplomatik nümayəndiliyində də Gül bayramı qeyd olunmuşdur.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Heydər Əliyev Kateqoriya:2000-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Bayramlar Kateqoriya:10 maydakı hadisələr Kateqoriya:Azərbaycan festivalları Kateqoriya:Azərbaycanda əyləncə tədbirləri Kateqoriya:Qeyri-rəsmi bayramlar Kateqoriya:Maydakı bayramlar Kateqoriya:Azərbaycan bayramları Kateqoriya:2000-ci ildə qurulub təkrarlanan tədbirlər