Fərid Nəbiyev () — azərbaycanlı futbolçu, Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun hücumçusu.

Klub karyerası

Qəbələ Nəbiyev "Qəbələ" akademiyası vasitəsilə inkişaf etmişdir. Nəbiyev əsas komanda ilə debütünü 21 dekabr 2016-cı ildə etmişdir. O, 90-cı dəqiqədə "AZAL" klubu ilə qarşılaşmada Teo Uiksi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Kuboku görüşündə AZAL-a 2-0 hesabı ilə qalib gəlmişdir.

Slaviya Praqa Nəbiyev 2017-ci ilin avqust ayında Çexiya Gənclər Liqası təmsilçilərindən olan "Slaviya Praqa" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə 3 illik bir müqavilə imzalamışdır. O, 4 sentyabr 2017-ci ildə "Prşibram" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə keçirilən qarşılaşmada debüt etmişdir. Matç 1:2 hesabla "Slaviya Praqa" komandasının məğlubiyyəti ilə başa çatmışdır. Start heyətində yer alan Nəbiyev 84-cü dəqiqədə əvəzlənmişdir. Nəbiyev 2018-ci ilin avqust ayında cari mövsümdə 5 oyunda çıxış etdiyinə, 4 qol vurduğuna və 3 məhsuldar ötürmə etdiyinə görə əsas komandaya dəvət almışdır. Nəbiyev 1 aprel 2019-cu il tarixində "Teplitse" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə keçirilən qarşılaşmanın 49-cu, 76-cı və 82-ci dəqiqələrində qol vuraraq hetrik etmişdir. Matç 0:7 hesabla "Slaviya Praqa" komandası qələbəsi ilə nəticələnmişdir.

Şevardeni-1906 Nəbiyev 2018-ci ilin mart ayında Gürcüstan Milli Futbol Çempionatında çıxış edən "Şevardeni-1906" klubuna icarəyə verilmişdir. Nəbiyev bu komanda ilə ilə 2 aylıq müqavilə imzalamışdır. Futbolçunun agentinin verdiyi məlumata görə, buna səbəb Nəbiyevin Çexiyada işçi vizası ala bilmədiyi üçün belə bir addım atmışdır. Buna görə də o, matçlarda çıxış edə bilmirdi. Buna baxmayaraq, Nəbiyevin agenti problemin tezliklə həll olunacağını bildirmişdir. Nəbiyev "Şevardeni-1906" komandasındakı debütünü 31 mart 2018-ci ildə "Dinamo Batumi" komandasına qarşı keçirilən qarşılaşmada etmişdir ki, bu matçda 1:3 hesabıyla məğlubiyyətə uğramışdır.

Viktoriya Zijkov 2020-ci ilin yanvar ayında Fərid Çexiya ikinci liqasının klubu olan "Viktoriya" klubuna transfer olundu. O, "Viktoriya"nın "Budeyoviçe" ilə yoxlama matçının iştirakçısı oldu və bu onun üçün debüt matç kimi yadda qaldı. Hətta, komandasının 7:1 hesabıyla qalib gəldiyi qarşılaşmada 32 dəqiqə meydanda olan Nəbiyev het-trikə imza atıb.

Kəpəz 2022/2023-cü illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.

Turan Tovuz 2023/2024-cü illər mövsümündə “Turan Tovuz”un şərəfini qoruyub. Futbolçu 31 çempionat oyununda 6 qol vurub.

Səbail 4 iyun 2024-cü ildə "Səbail"ə transfer olunub. Komandanın heyətində 28 oyunda çıxıb və 2 qol vurub.

Kəpəzə qayıdış 30 iyul 2025-ci ildə yenidən "Kəpəz"ə transfer olunub. Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" ilə oyunda turnirdə 100-cü oyununu keçirib. 2 iyul 2026-cı ildə "Kəpəz"dən ayrılıb.

İmişli 8 iyul 2026-cı ildə "İmişli" ilə birillik müqavilə imzalayıb.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolQəbələ2016–17Premyer Liqa1010000020Slaviya Praqa U-212017–18Gənclər Liqası103000000103Şevardeni-19062018Milli Çempionat6200000062Slaviya Praqa U-212018–19Gənclər Liqası25190000002115Ümumi karyera42241000003920 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular