Böyük Keyti — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 18 km məsafədə yerləşir. 1937-ci ilə qədər Leninakan rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.128 qeyd edilmişdir. Kəndin digər adı Keyti, Kaytı olmuşdurerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44.

Toponim türk dilində «meşəsiz dağ yamacının gün düşən tərəfi» mənasında işlənən kətМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.264 və fərqləndirici əlamət bildirən «böyük» sözlərindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Keti qoyulmuşdur.

Toponimikası Böyük Kəti kəndi yerli əhali içərisində Keyti də adlanmışdır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Keyti (digər adı Şorçala) kəndi, həmin qəzada və Azərbaycanın Cavanşir qəzasında Kətidağ, Qars əyalətinin Qağızman dairəsində Kətitəpə, Batum əyalətinin Batum dairəsində Kədikənd, Kutaisi quberniyasının Şoropan qəzasında Kedis-Tava dağı, həmin quberniyanın Raçin qəzasında Kedis-Ubani kəndi, Dağıstan əyalətinin Andi dairəsində Keydi kənd adları ilə mənaca eynidir.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.

Əhalisi

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri