Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir.Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s. , s.69 İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”.The Bondage and travels Johann Schiltberger, a native of Bavaria, in Europe, Asia and Africa 1396-1427. London, 263 p., p. 44 Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.
Əhalisi
İstinadlar
Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri