Azərbaycan–İsveç münasibətləri — Azərbaycan Respublikası ilə İsveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi AXC dövrü Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Persidskaya və Gubernskaya küçələrinin tinində İsveçin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul R.K.Van-der-Pluq rəhbərlik etmişdirXarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri . axc.preslib.az .

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildirATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış . lib.aliyevheritage.org, 31.01.2009 . Hətta 1995-1996-cı illər ərzində ona əvvəlcə Rusiya ilə birlikdə İsveç həmsədrlik etmişdir.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sudeif İmanverdiyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Jalə Əliyeva işçi qrupunun rəhbəridir.

İqtisadi əlaqələr Nobel qardaşları

thumb|İsveçli Nobel qardaşlarının XIX əsrdə Bakıda qurduqları şirkətin emblemi

Ədəbi əlaqələr İndiyə qədər üç Azərbaycan romanı İsveç dilində nəşr olunmuşurİsveç dilində Azərbaycan romanı . qafqazinfo.az, 09.04.2018 . Bunlar 1973-cü ildə çap olunan Qurban Səidin "Əli və Nino", 2000-ci ildə çap olunan Çingiz Abdullayevin "Qaranlıq simfoniyası" və 2018-ci ildə çap olunan Vahid Qazinin "Çöl Qala" romanıdır. "Çöl Qala" romanı "Kirayənişinlər" () adı ilə"Diktonius Text" nəşriyyatında çapdan çıxmışdır. Romanı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirmişdir.

İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları

Həmçinin bax Avropa Birliyi–Azərbaycan əlaqələri

İstinadlar