Avstriya–Azərbaycan münasibətləri — Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi Azərbaycan-Avstriya münasibətlərinin başlanması uzun əsrlər öncəyə  gedib çıxır. Hələ 1473-cü ildə Azərbaycan Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən Avstriya-Macarıstan Habsburqlar monarxiyası ilə uğurlu əlaqələr yaratmağı bacarmışdı. Hökmdar sözügedən monarxiyanın nümayəndə heyəti ilə görüşmüş, bir müddət sonra isə Nikolo Orolonu Vyana sarayına səfir göndərmişdi. Tarixi mənbələrdə qeyd olunduğuna görə, Ağqoyunlular dövləti  var olduqca Vyana sarayı ilə ikitərəfli münasibətlərin inkişafı üçün hər iki dövlət əlindən gələni əsirgəməyibAzərbaycan - Avstriya münasibətləri: Tarixi köklərə malik uğurlu əməkdaşlıq.

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 20-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .

İlk vaxtlar Azәrbaycan Avstriyada özünün AFR-dәki sәfirliyi ilә tәmsil olunsa da, 1995-ci il sentyabrın 1-dә ölkәmizin Vyanada sәfirliyi açılmış, Vaqif Sadıqov ilk fövqәladә vә sәlahiyyәtli sәfir tәyin edilmişdir. 2010-cu ildә Avstriyanın da Azәrbaycanda sәfirliyi açılmışdır. Prezident Heydər Əliyevin 1995-ci ilin martında BMT-nin Kopenhagen sammitinin gedişindә Avstriyanın federal kansleri Frans Vranitski ilә, daha sonra Parisdә Avstriyanın federal prezidenti Tomas Klestil ilә görüşü ikitәrәfli münasibәtlәrin ilk dönәmindәki әn mühüm hadisәlәr hesab oluna bilәrBalamirzə Məmmədli. Azərbaycan Respublikasının Avstriya, İsveçrə və Benilüks ölkələri ilə münasibətlərinə Vətən tarixşünaslığı prizmasından baxış Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə, №2(90), 2026, s.223-234..

İkitәrәfli münasibәtlәr tarixindә әn mühüm hadisәlәrdәn biri 2000-ci il iyulun 3-6-da Azәrbaycan Respublikası Prezidenti Heydәr Əliyevin Avstriyaya ilk rәsmi sәfәridir. Sәfәr zamanı Vyanada Avstriyanın Prezidenti T.Klestil, Federal kansleri V.Şüssel vә digәr dövlәt rәsmilәri ilә görüşlәr bir sıra müqavilәlәrin (mәsәlәn, “İnvestisiyaların tәşviqi haqqında”, “BDU ilә Vyana Universiteti arasında elm vә tәhsil sahәsindә әmәk daşlıq haqqında”) imzalanması ilә nәticәlәndi. Avstriya tәrәfi Ermәnistan-Azәrbaycan Dağlıq Qarabağ münaqişәsinә münasibәtdә obyektiv mövqe sәrgilәyәrәk Azәrbaycanın haqq işini dәstәklәdi.

Prezident İlham Əliyevin rәhbәrliyi altında Azәrbaycan diplomatiyasının fәal sәylәri nәticәsindә Azәrbaycan-Avstriya münasibәtlәri zamanla daha da inkişaf edәrәk dostluq vә tәrәfdaşlıq sәviyyәsinә yüksәlmişdir. 2011-ci ildә Avstriya Prezidenti Haynz Fişerin Bakıya rәsmi sәfәri, iki il sonra isә Prezident İlham Əliyevin Vyanaya rәsmi sәfәri nәticәsindә 13 may 2013-cü ildә “Azәrbaycan ilә Avstriya arasında dostluq münasibәtlәri vә tәrәfdaşlığa dair Birgә Bәyannamә”nin imzalanması әmәkdaşlığı әn yüksәk sәviyyәyә qaldırmışdır. Sәfәrin gedişindә Vyanada Azәrbaycan Mәdәniyyәt Mәrkәzinin açılışı iki ölkә arasında mәdәni әlaqәlәri möhkәmlәndirmişdir.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Ramiz Mehdiyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Cavid Qurbanov işçi qrupunun rəhbəridir.

right|200px|thumb|İki ölkənin xarici işlər nazirləri: Sebastyan Kurts və Elmar Məmmədyarov

İqtisadi əlaqələr Əmtəə dövriyyəsi (min doll.) IlIxracIdxalÜmumi dövriyyəsi2020127 581,3965 418,41192 999,82021139 994,9380 621,95220 616,88202290 762,5982 402,38173 164,97

Səfirliklər Azərbaycanın Avstriyada: Vyanada Azərbaycan səfirliyi

Avstriyanın Azərbaycanda: Bakıda Avstriya səfirliyi

Mədəni əlaqələr Qardaşlaşmış şəhərlər Lints, Avstriya – Sumqayıt, Azərbaycan

İdman sahəsində əməkdaşlıq Futbol qarşılaşmaları thumb|Avstriya–Azərbaycan, 8 oktyabr 2010 thumb|"Zalsburq" – "Qarabağ", 6 avqust 2014

Voleybol qarşılaşmaları

Həmçinin bax Avropa Birliyi–Azərbaycan əlaqələri Avstriyanın Azərbaycandakı səfirliyi Avstriya–Gürcüstan münasibətləri Avstriya–Türkmənistan münasibətləri

İstinadlar

Xarici keçidlər Azərbaycandaki Avstriyanin səfirliyi Rəsmi sayti Avstriyadaki Azərbaycanin səfirliyi Rəsmi sayti İkitərəfli münasibətlər