Azərbaycan–İsrail münasibətləri — Azərbaycan Respublikası ilə İsrail arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan və İsrail 1992-ci ildən bəri sıx əməkdaşlıq edir. Azərbaycan, İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkəsindən biridir. Prezident İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Əliyev Azərbaycanda yaşayan yəhudi icmasının ölkələr arasında ikitərəfli münasibətlərin inkişafındakı fəal rolunu yüksək qiymətləndirdi.

Tarixi Mütəllibov dövründə thumb|Yerusəlimin 3000 illiyinə həsr olunmuş Azərbaycan markası. 18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamentinin elanı ilə müstəqillik bərpa edildi və 1991-ci ilin noyabrında Türkiyə onu rəsmi olaraq tanıyan ilk dövlət oldu. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıdı və bunu edən ilk dövlətlərdən biri oldu. 7 aprel 1992-ci ildə diplomatik əlaqələr quruldu.

5–7 aprel 1992-ci il tarixlərində İsrailin SSRİ-yə səfiri Aryeh Levin Bakıya səfər etmişdir. Səfər çərçivəsində "Azərbaycan-İsrail" Cəmiyyəti tərəfindən səfirin şərəfinə rəsmi qəbul təşkil olunmuşdur. 6 aprel tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Hüseynağa Sadıqov və səfir Aryeh Levin tərəfindən diplomatik əlaqələrin qurulmasına dair rəsmi nota mübadiləsi aparılmışdır. 7 aprel tarixində isə Aryeh Levin Azərbaycan Respublikası Ali Sovetinin sədri Yaqub Məmmədov tərəfindən qəbul edilmişdir.

10 aprel 1992-ci ildə yayıma başlayan "Azİz" (Azərbaycan-İsrail) qəzetinin ilk sayında Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri Əbülfəz Elçibəyin təbrik mesajı yayımlanmışdır. Elçibəy mesajında iki xalq arasında xoşniyyətli əlaqələrin inkişaf etdiyini, bu münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üçün obyekiv imkanların olduğunu bildirmişdir.

Diplomatik münasibətlərin qurulması barədə razılığa gəlinməsinə baxmayaraq, İsrail tərəfi ilk mərhələdə Bakıya təcrübəli diplomat göndərməkdən çəkinmişdir. İsrail Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatlarının daha çox Qərb paytaxtlarına üstünlük verməsi, Bakıda zəruri infrastrukturun olmaması və Azərbaycandakı siyasi qeyri-sabitlik bu prosesi ləngidən amillərdən olmuşdur. İsrailin Bakıdakı ilk rəsmi nümayəndəsi Alyans (Soxnut) çərçivəsində yəhudi köçünü təşkil etmək məqsədilə göndərilmiş 24 yaşlı keçmiş hərbçi Benni Haddad olmuşdur.

Dağlıq Qarabağ münaqişəsi zamanı İsrail Azərbaycana silah və artilleriya satmışdır.

Elçibəy dövründə Əbülfəz Elçibəy prezedentliyi dövründə İsrail ilə münasibətlərin inkişafına müsbət yanaşmışdır. 27 fevral 1993-cü ildə Milli Məclisdəki çıxışında Elçibəy İsrail səfiri ilə görüşünə toxunaraq, Azərbaycanın Misir, İsrail və İran kimi bir-biri ilə ziddiyyətdə olan ölkələrin hər biri ilə dostluq əlaqələri qura bildiyini qeyd etmişdir. O, İsrail səfirinin Azərbaycanı Yaxın Şərqlə münasibətlərdə potensial körpü və azadlıq ideallarına sadiq tərəfdaş kimi qiymətləndirdiyini bildirmişdir.

Eyni zamanda, Azərbaycan rəhbərliyi Yaxın Şərq münaqişəsində ehtiyatlı diplomatiya yürütməyə çalışmışdır. Xarici işlər naziri Həsən Həsənov ölkənin beynəlxalq təhlükəsizlik hədəflərinə yönəlik çoxşaxəli əməkdaşlıq tərəfdarı olduğunu ifadə etmişdir. Azərbaycanın İsrailə qarşı açıq dəstək nümayiş etdirməkdən çəkinməsinin əsas səbəblərindən biri İranın kəskin reaksiyası olmuşdur. İran mətbuatı və rəsmiləri, məsələn, İslam Şurası Məclisinin deputatı Fatimə Müqəddəm Elçibəyi "sionist agenti" olmaqda ittiham etmişdir.

Səfir Aryeh Levin xatirələrində Əbülfəz Elçibəylə Bakıdakı təkbətək görüşünü xatırlayarkən onun antikommunist baxışlarını, dürüstlüyünü və idealizmini vurğulamışdır. Levinin sözlərinə görə, Elçibəy özünü "sionist" kimi təqdim etmiş, bununla da yəhudilərin öz tarixi vətənlərinə bağlılığını təbii və anlayışla qarşıladığını bildirmişdir. Peşəcə filoloq olan Elçibəyin sovet rejiminin yəhudilərə və türk xalqlarına qarşı yürütdüyü siyasətdən narazı olduğunu və yəhudilərin hüquqlarının bərpa edilməsinin tərəfdarı olduğunu qeyd edən Levin onu siyasi konyuktura üçün həddindən artıq dürüst bir dövlət xadimi kimi xarakterizə etmişdir.

Jurnalist Tomas Qoltsa müsahibəsində Əbülfəz Elçibəy İran mediasının bu ittihamlarını təkzib edərək, Tehranın əsas narahatlığının Cənubi Azərbaycandakı azərbaycanlıların hüquqları və Azərbaycanın demokratikləşmə çağırışları olduğunu vurğulamışdır. Elçibəy İranın bir tərəfdən Ermənistana dəstək verib, digər tərəfdən Qarabağ münaqişəsində vasitəçilik etməyə çalışmasını tənqid etmişdir.

1993-cü ilin iyununda Dövlət katibi Əli Kərimli İsrail müxbiri Ehud Yaariyə Elçibəy ilə İsrail Baş naziri İshaq Rabin arasında görüş təşkil etmək niyyətində olduğunu bildirmişdir. Həmçinin Bakı şəhər icra hakimiyyətinin başçısı Məmməd Gülməmmədov Bakıda "İsrail" adlı otel açmaq və Bakı ilə Hayfa şəhərlərini qardaşlaşmış şəhərlər elan etmək planlarını açıqlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də İsrail ilə əlaqələrin yaxşılaşdırılmasını dəstəkləmiş, lakin ərəb ölkələrinin potensial reaksiyasına görə İsrailə səfər etməkdən çəkinmişdir.

Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda yaşayan yəhudi icması ölkənin ərazi bütövlüyünü dəstəkləmişdir. İsrailin "Bamahane" jurnalının 23 iyun 1993-cü il tarixli buraxılışında yer alan məlumatlara görə, yüzlərlə yəhudi gənci Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Bakıda fəaliyyət göstərən "Soxnut" və "Alef" klubunda mütəşəkkilləşən yəhudi gəncləri İsrailə köç etmək arzularına baxmayaraq, Azərbaycanın müdafiəsində iştirak etməyi mənəvi borc hesab etdiklərini bildirmişdilər. Milli Məclisin sədri İsa Qəmbər "Bamahane" jurnalına müsahibəsində İsrail Baş naziri İshaq Rabinin Azərbaycan rəhbərliyinə göndərdiyi və bölgədəki vəziyyətdən narahatlığını ifadə edən məktubunu yüksək qiymətləndirmişdir. İsa Qəmbər Azərbaycanda 45 min yəhudinin əsrlər boyu antisemitizmlə qarşılaşmadan dinc yaşadığını, İsrailə köçən yəhudilərin iki ölkə arasında körpü rolu oynayacağını və xüsusilə kənd təsərrüfatı sahəsində İsrail investisiyalarını gözlədiklərini bəyan etmişdir. İsrail hökuməti isə Cənubi Qafqaz siyasətində neytrallığı qorumağa çalışmışdır. Təl-Əviv Azərbaycanla yaxınlaşmaqda maraqlı olsa da, Ermənistanla münasibətləri tamamilə korlamamaq və Türkiyə ilə strateji tərəfdaşlığa xələl gətirməmək üçün balansı saxlamışdır. İsrail bu dövrdə tərəflərdən birinə açıq hərbi dəstək verməkdən çəkinmişdir. Türkiyə ilə əlaqələri qorumaq məqsədilə İsrail hökuməti 1915-ci il hadisələrinin təhsil proqramlarına salınmasından və ABŞ Konqresində erməni iddiaları ilə bağlı qətnamələrin dəstəklənməsindən imina etmişdir.

Heydər Əliyev dövründə 1998-ci ilə qədər İsrail Xarici İşlər Nazirliyinin daxili sənədlərində Azərbaycan regionda "əsas dövlət" kimi müəyyən edilmiş və onun İsrailin regional siyasəti üçün strateji əhəmiyyəti vurğulanmışdır.

İlham Əliyev dövründə WikiLeaks saytında yayımlanan 2009-cu ilə aid Amerika diplomatik sənədlərində Azərbaycan prezidenti İlham Əliyevə istinadən deyilir ki, iki ölkə arasında münasibətlər aysberq kimidir: "onda doqquzu görünməyən tərəfdir". 2010-cu ilin iyul ayında Hillari Klintonun Bakıya səfərindən qısa müddət sonra Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Azərbaycanı ziyarət etdi. Qəbul zamanı Harris Azərbaycanın mədəni, strateji və siyasi əhəmiyyət daşıdığını söyləmişdir. 2017-ci ilin yanvarında Benjamin Netanyahunun Bakıya səfərindən sonra Amerika Yəhudi Komitəsinin icraçı direktoru Con Şapiro Azərbaycana səfər etdi. Qəbul zamanı Şapiro Azərbaycan, ABŞ və İsrail arasında konstruktiv tərəfdaşlığın böyük əhəmiyyətə malik olduğunu söylədi. 2016-cı ilin dekabrında Azərbaycanı ziyarət edən Baş nazir Benyamin Netanyahu: "Azərbaycanla münasibətlər çox yaxındır. Bu səfərdən sonra daha da yaxşı olacaqlar." demişdir.

Azərbaycan, əsasən Bakıda və Quba rayonundakı Qırmızı Qəsəbədə yaşayan təxminən 30.000 yəhudinin vətənidir. Dağ yəhudiləri 1500 ilə yaxındır Azərbaycanda yaşayırlar. İslam xilafətinin yürüyüşü zamanı ərəblər bir yəhudi qəbiləsini Bakının məhəllələrində yerləşmişdilər. 1730-cu ildə Yəhudilərə Qubada yaşayış və mülkiyyət hüquqlarına rəsmi olaraq icazə verildi. Daha çox Bakıda yaşayan 5000-ə yaxın Aşkenazi yəhudisi var. Sovet İttifaqında ilk Yəhudi Soçnut məktəbi 1982-ci ildə Bakıda açılmışdır.

2017-ci ilin aprel ayında İsrail ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu. Bu münasibətlə Benyamin Netanyahu İlham Əliyevə təbrik məktubu göndərmişdir:

İsrail-Azərbaycan əlaqələri 1990-cı illərin əvvəllərindən etibarən möhkəmlənmişdir. Əlaqələr 1997-ci ilin avqustunda İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfəri zamanı yeni bir mərhələyə qədəm qoydu. O vaxtdan bəri İsrail Azərbaycanla daha sıx əlaqələri inkişaf etdirir və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək edir. İsrail ordusu Azərbaycana döyüş meydanı aviasiya, artilleriya, tank əleyhinə və piyadaya qarşı silahların əsas təchizatçılarından biridir.Jane's Defence Weekly, October 16, 1996

2009-cu ildə İsrail Prezidenti Şimon Peres Azərbaycana səfər etdi və İsrail şirkəti Aeronautics Defence Systems şirkətinin Bakıda zavod inşa edəcəyini elan etdi.

2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq hava limanlarında viza verilməsini qadağan edən bir fərman imzaladı. İsrail və Türkiyə vətəndaşları bu yeni qanundan təsirlənməyən yeganə iki ölkə idi.

2016-cı ildə İsrail Müdafiə naziri Aviqdor Liberman Aprel döyüşlərində Azərbaycanı dəstəkləmiş və bunu "tamamilə haqlı" adlandırdırmışdır.

Dünya Yəhudi Konqresinin nümayəndə heyəti 2016-cı ilin sentyabr ayında Azərbaycana səfər etdi. Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı İsrail və yəhudi icması ilə "əla" münasibətlərə vurğu edildi. 280px|thumb|right|İlham Əliyev və Benyamin Netanyahu 2016-cı ilin dekabrında İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya rəsmi səfər etdi. Səfər zamanı "İsrail ilə Azərbaycan arasında mükəmməl münasibətlər və isti dostluqlar mövcuddur" demişdir. Səfər zamanı Netanyahu Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycan şəhidlərinə ehtiramını bildirdi. O, həmçinin Xabad-Or-Avner təhsil mərkəzində yerli Yəhudi icması ilə görüşmüş və tələbələr qarşısında çıxış etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş naziri Benyamin Netanyahunun mətbuata verdiyi açıqlamalar da iki ölkənin ikitərəfli əməkdaşlığından məmnun olduğunu göstərdi.

2016-cı ilin dekabrında hava sahəsində əməkdaşlıq üzrə Azərbaycan-İsrail hökumətlərarası müqavilə imzalandı.

2017-ci ilin mart ayında iqtisadiyyat, kənd təsərrüfatı və turizm sahələrində iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün İsrailin Azərbaycandakı səfiri tərəfindən bir neçə regional tur keçirildi. 2017-ci ilin aprelində iki ölkə arasında ikiqat vergitutma ləğv edildi.

19 sentyabr 2017-ci il tarixində BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Netanyahu iki ölkə arasındakı əməkdaşlığın böyüməsindən bəhs etdi.

2019-cu ilin yanvar ayında Azərbaycan Dövlət Sərhəd Xidməti İsrailin Elbit Systems şirkətindən Sky Striker dronu alıb. Bununla da Azərbaycan Sky Strikers-in ilk xarici alıcısı oldu.

2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalanıb. Səfirliyin rəsmi açılış mərasimi 2023-cü il martın 29-da Təl-Əvivdə baş tutacaq.

29 mart 2023-cü ildə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Eli Kohenin iştirakı ilə Azərbaycanın Israildəki səfirliyinin açılışı olmuşdur.

Ticarət İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq xeyli artmaqdadır. 1990-cı illərin əvvəllərində Azərbaycan sənaye sahələrini tənzimlədikdən və iqtisadiyyatını sərbəstləşdirdikdən sonra İsrail şirkətləri Azərbaycan bazarlarına nüfuz etdilər. Bir çox şirkət xidmət sənayesinə investisiya yatırdı. Bir nümunə, İsrailin əsas telekommunikasiya təminatçısı olan Bezeqdir. 1994-cü ildə ticarət müqavilə tenderiylə ilə Bezeq telefon əməliyyat sisteminin böyük bir hissəsini satın aldı.

Əmtəə dövriyyəsi (min doll.)