Adatəpə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayondakı Ardanış kəndinin yaxınlığında, Ardanış və Şorca kəndləri arasında, Şorca kəndindən 3–4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.6 qeyd edilmişdir.
XIX əsrin əvvəllərində ləğv edilmişdir. Səhv olaraq Ardanış kəndi ilə eyniləşdirilirHakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.28.
Erməni mənbələrində Adatəpənin Adavəngin adı əsasında yarandığı göstərilir.
Toponim Azərbaycan dilində "hər tərəfi su ilə əhatə olunmuş quru sahə" mənasında işlənən ada sözü ilə "alçaq dağ" mənasında işlənən təpə sözünün254, s.18 birləşməsindən əmələ gəlmişdir.
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
İstinadlar
Kateqoriya:Qaraqoyunlu kəndləri