Köçbək — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Culçayın sağ qolu olan Köçbəyçayın sahilində, Paşalı (Əzizbəyov) - Sisyan yolunun üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Qoçubəy kimi143,İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.59 qeyd edilmişdir.
Toponim türk dilində «düşərgə, çobanların müvəqqəti yaşayış yeri, yurd» mənasında işlənən koş (> koç) sözü iləМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984.s.298-299 qədim türk dilində «təpə» mənasında işlənən bək (bak sözünün)Радлов В.В. Опыт словарья тюркских наречий, т.IV, ч.1, СПб, 1911. s.754 birləşməsindən əmələ gəlib «təpəlikdə yerləşən köç, düşərgə, çobanların yaşayış yeri» mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hedzor qpyulmuşdur.
Əhalisi Kənddə 1831-ci ildə 25 nəfər, 1873 - cü ildə 226 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 417 nəfər, 1904 - cü ildə 425 nəfər, 1914 - cü ildə 470 nəfər, 1916-cı ildə 537 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.90-91, 160-161.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalmış və sakinləri - azərbaycanlılar qırğınlarla qovulmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edənlər ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 179 nəfər, 1931-ci ildə 365 nəfər, 1972-ci ildə 564 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.345 yalnız azərbaycanlılar yaşamışdır.
1988-ci il noyabrın 24-28də Ermənistan dövlətinin bilavasitə xüsusi göstərişi ilə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri Kateqoriya:Vayots dzor mərzinin yaşayış məntəqələri