Butare-(1962 ilədək Astrida) – Ruandanın cənubunda şəhər. Butare prefekturasının inzibati mərkəzi.

Əhalisi Əh. 103,3 min (Kiqalidən sonra ölkənin ikinci şəhəri; 2009). Avtomobil yolları qovşağı.

Tarixi 1920 ildə salınmışdır.

Mədəniyyəti Ruandanın elm, mədəniyyət və ticarət mərkəzidir. Ruandanın Aqronomiya Elmləri İnstitutu (1962), Elmi və Texnoloji Tədqiqatlar İnstitutu (1989), Milli Universitet (1963); Universitet kitabxanası, Milli muzey (1989;etnoqrafik kolleksiya) burada yerləşir.  

İstinadlar Butare // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 130.

Kateqoriya:Ruanda şəhərləri