Karib Niderlandı () — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar.
Statistika +Niderland Krallığının özəl bələdiyyələri Bayraq Adı Paytaxtı(və ən böyük şəhəri) Ərazisi(km²) Əhalisi(31–12-2014)Sıxlıq(hər km²-ə)27px Boneyr Kralendeyk 28818,9056627px Sint-Estatius Oranyestad 213,87718527px Saba Bottom 131,811139 Yekun 322 24,593 76
İqtisadiyyatı
Pul vahidi 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçirDavis Susan. Bonaire Opts for U.S. Dollar as New Official Currency. bonaireinsider.com arxivMonetary, Safety Law BES islands approved islands. The Daily Herald. arxiv. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır.
İqlimi Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır. Buradakı rüzgaraltı adaları rüzgarüstü adalarına nisbətən daha isti və quraqdır. Rüzgarüstü adalarında yaz mövsümündə qasırğalar müşahidə edilir.
İstinadlar
Xarici keçidlər
Official website of the National Office for the Caribbean Netherlands Official website of the government of Bonaire Official website of the government of Saba Official website of the government of St. Eustatius
Həmçinin bax Niderland Karibi
Kateqoriya:Niderland Karibi