İran İsrail münasibətləri — dərin tarixi köklərə malikdir və bu münasibətlər 1940-cı illərdən müasir dövrümüzədək müəyyən mərhələlərdən keçmişdir: İranın İsrailin BMT-yə üzv olması və “Fələstinin bölünməsi planına” qarşı çıxması; Məhəmməd Rza Şah Pəhləvinin dövründə münasibətlərin isinişməsi və İsrailin de-fakto tanınması və onunla iqtisadi və hərbi sahədə əməkdaşlığın başlanması; İslam inqilabının ilk illərində soyuq sülh dövrü olmuşdur, İran İsrailə qarşı hərbi nitqlərlə çıxışlar edir, İsrail ilə diplomatik əlaqələri kəsir və bununla bərabər ümumi düşmən olan bəəsçi İraqa qarşı birgə mübarizə üçün səhnə arxasında isə əməkdaşlıq vardır. (İran-Kontras hadisələri); 1990-cı illərdən sonra İran və İsrail arasında münasibətlərin daha da kəskinləşməsi özünü göstərir və buna səbəb kimi Yaxın Şərqdə beynəlxalq geosiyasi durumun dəyişməsi, İsrailin öz ərəb qonşuları ilə sülh danışıqlarına başlaması, regionda anti-qərb əhval-ruhiyyəsinin qalxması, İranın öz ölkəsində nüvə silahı yaratmaq istiqamətində addımlar atması göstərilir. İran və İsrail arasındakı düşmənçilik təkcə birbaşa deyil həm də dolayı təsirlərlə də olmuşdur. Belə ki, hər iki tərəf siyasi-hərbi təsir kimi müxtəlif siyasi-sosial qruplardan istifadə etmişlər. İran rəsmi Tel-Əvivə qarşı HƏMAS və Hizbullahdan istifadə edir. İran hər iki təşkilata sırf öz dövlət maraqlarından çıxış edərək hərbi və ya siyasi dəstək verirdi. İsrail də əks tədbirlər kimi İranın içində olan “Cundalla” təşkilatı və “İran xalqının mücahidləri” təşkilatı ilə sıx əlaqəyə girərək onlardan İrana qarşı istifadə etmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, bu təşkilatların hər ikisi qatı sünnidirlər.

Müqayisəli təhlil Cədvəldə qeyd olunan bütün məlumatlar MKİ-nin Ümumdünya Faktlar Kitabından 2014—2015 illərə uyğun götürülüb. İsrailcenter|frameless|106x106pxİran frameless|133x133pxƏhali (min nəfər)804981 824Ərazi (km²)20 7701 648 195Əhalinin sıxlığı (hər km²)38850PaytaxtTel-ƏvivTehranƏn böyük şəhərTel-ƏvivTehranSiyasi sistemDemokratik Parlament Respublikasıİslam RespublikasıDövlət diliİvrit, Ərəb FarsƏsas Dinİudaizm 75 %, İslam 17,5 %, Xaçpərəstlik 2 %, druzların inancı 1,6 %İslam 99,4 % ( Şiə məzhəbi 90—95 %, Sünni məzhəbi 5—10 %)ÜDM (ABŞ dolları) 268,5 mld (32 700 adambaşı)1,334 trilyon (17 100 adambaşı)

İsrail dövləti yarananadək olan tarixi münasibətlər alt=Böyük Kir yəhudiləri Babil dövlətinin əsirliyindən xilas edir. (Jan Fuke, 1470)|thumb|Böyük Kir yəhudiləri Babil dövlətinin əsirliyindən xilas edir. (Jan Fuke, 1470)|313x313px Yəhudilər dövlətləri olmamışdan bir etnos olaraq İran xalqları və İran ilə münasibətləri eramızdan əvvəl mövcud olmuşdur. Babil imperiyası yəhudi krallıqlarını məhv edəndən sonra yəhudilərə qarşı mənfi mövqeyi ilə seçildi. Əhəmənilər imperiyası Babil imperiyasını məhv edəndən sonra yəhudilərə və digər tabelikdə olan xalqlara yumşaq münasibət sərgilədi. Əhəməni hökmdarı Böyük Kir yəhudiləri öz himayəsinə alır. Daranın hakimiyyəti zamanı isə yəhudilər xüsusi mövqe əldə edir. Daranın əmri ilə yəhudilərin Qüdsdəki məbədində hər gün xüsusi qurban kəsilir. Bu hal 66-cı ildə baş verən “Yəhudi Müharibəsi”nədək davam edir Иран  — статья из Электронной еврейской энциклопедии.Yəhudilərin dini həyatında böyük rola malik olan “Esfir Kitabı” farslarla yəhudilər arasındakı münasibətlərdən geniş şəkildə bəhs edir. Bu kitaba görə fars hökmdarı I Artakserks yəhudiləri Amon-Əmalikinin qırğınından qorumuş və bu hadisənin şərəfinə də Purim bayramı təşkil edilmişdir ki, yəhudilər onu bu günədək qeyd edirlər. Bir çox tarixçi alimlər Esfir Kitabının mənbə kimi istifadə olunmasını düzgün hesab etməsələr də yəhudilər bu fikirlə razı deyillər Эсфирь  — статья из Электронной еврейской энциклопедии.

Fars hökmdarlarının yəhudilərə bu xüsusi münasibəti bir neçə əsr davam etdi və bu xüsusi mövqeyindən istifadə edən yəhudilər ölkənin içində xüsusi olaraq möhkəmləndilər. Fars imperiyasının əhalisinin bir hissəsi yəhudiliyi qəbul etdi. Yəhudilərin dinini qəbul etməyənlər onların adətlərini qəbul etmiş oldular. Bunun nəticəsi kimi ölkədə həmin dönəmlərdə yəhudilərə məxsus Şabbat adəti qorunub saxlanılır və hətta qeyri-yəhudilər tərəfindən əməl olunurdu (indiyədək farslar və İran millətləri arasında Şabtay adının olması da bu qədim əlaqələrdən xəbər verir) Judeo-Persian communities II. The Achaemenid period  — статья из Encyclopædia Iranica. Yəhudilərin arasından artıq yüksək vəzifə tutan insanlar çıxmağa başladı. Qüdsdəki və Əhəminlər imperiyasındakı yəhudilər arasında hər zaman sıx əlaqələr qorunub saxlanmışdır və Fars hökmdarı buna qarşı çıxmamış və yəhudilərə xüsusi imtiyazlar vermişdir. Bu əlaqələr təkcə Əhəmənilər imperiyası zamanında deyil, həm də selevkilər və parfiyalıların da zamanında geniş olmuşdur .

Sasanilərin dövrü yəhudilər üçün əvvəlki dövrlər tək gözəl olmadı. Belə ki, mədəni-dini və hüquqi muxtariyyəti olan yəhudilər Sasanilərin dövründə bundan məhrum oldu. Sasanilər yəhudilərin rituallarını qadağan etdi, digərlərinə öz dinlərini tərk edib yəhudiliyi qəbul etməsini qadağan etdi və bu xüsusən də atəşpərəstlərə aid oldu. Yəhudilər bütün bu mənfi yeniliklərə qarşı gedə bilmədilər, çünki həmin dövrlərdə Roma imperiyasından qovulan yəhudilər ən çox Sasanilər imperiyasında himayə tapırdılar. Sasanilərin vaxtında yəhudi mədəniyyəti öz üzərində atəşpərəstliyin təsirini hiss etmiş oldu və atəşpərəstlikdən bəzi yeni anlayışlar götürdü. Bu yenilik atəşpərəstlikdə dualizm anlayışı ilə bağlı oldu və yəhudilikdə də müsbət və mənfi ruhlar anlayışı yarandı. Hətta yəhudilərin dini kitabları olan “Danielin kitabı”nda və “Babil Talmud”-unda da bu təsir hiss olunmaqdadır .Yəhudi cəmiyyəti və onun dini elitası İranda yaşadığı dövrdə digər dini cəmiyyətlərə qarşı çox ciddi şəkildə dözüm nümayiş etdirirdilər. Belə ki, həmin dövrlərə aid olan dövlət sənədlərində və tarixi qeydlərdə heç bir halda yəhudilərlə digər dini quruplar arasında toqquşma olduğu qeyd olunmayıbJudeo-Persian communities III. The Parthian and Sasanian periods  — статья изEncyclopædia Iranica.

Sasanilər imperiyasına ərəblər tərəfindən son qoyulduqdan sonra yəhudilərə münasibət bütün digər müsəlman dünyasında olduğu kimi zimmi qaydaları çərçivəsində müəyyən olundu. Böyük həcmdə tətbiq olunan torpaq vergisi onunla nəticələndi ki, yəhudilər əkinçilikdən uzaqlaşıb ticarət və sənətkarlıqla məşğul olmağa başladılar. X əsrdən başlayaraq yəhudi pulunun (əvvəl ticarət pulu sonra isə Bank pulu) Abbasilərin xilafətində rolu artdı. Bu proses əvvəl İranda başladı sonra isə bütün Ərəb xilafətinə yayıldı və yəhudilər xəlifələrin şəxsi bankirlərinə və xəzinədarlarına çevrildilər. Daha sonra isə Ərəb xilafətini məğlub edən Hülakilərin (elxanilərin) dövrü başladı və bu dövrdə müsəlmanlarla digər dinə mənsub olanlar eyni hüquqlara sahib oldular. Yəhudi-fars mədəniyyəti yenidən qalxdı və yəhudilər yenidən yüksək vəzifələrə yiyələnməyə başladılar. Səfəvilərin zamanında isə yəhudilərin vəziyyəti yenidən pisləşdi. Belə ki, səfəvilərin hakimiyyəti illərində yəhudilər demək olar ki, bütün sahələrdə təqib və ayrı-seçkiliyə məruz qalırdılar, yəhudilər xüsusi baş örtüyündən istifadə etməli idilər, yəhudi dini ədəbiyyatının öyrənilməsi və təbliği qadağan idi, sinaqoqlar bağlanmışdı. II Şah Abbasın vaxtında isə İran yəhudilərinin zorla müsəlmanlaşdırılması başlandı. Elektron yəhudi ensiklopediyası yazır ki, “İranda heç bir digər sülalə yəhudilərə qarşı belə amansız olmamışdır”.Səfəvilərin dövründə yəhudilər Misirə, Mərkəzi Asiyaya, Qafqaza və Hindistana miqrasiya edərək canlarını qurtarırdılar. XVII və XVIII əsrlərin bəzi dönəmlərində yəhudilərin təqibi dayandırılırdı, amma Qacarların zamanında daha da kəskinləşmişdi və 1839-cu ildə qacarlar Məşhəddə yaşayan bütün yəhudiləri silah gücünə müsəlmanlaşdırdı. Şiəliyin ifrat qolu hesab edirdi ki, yəhudilik Allahın sözündən bilərəkdən uzaqlaşmaqdır və yəhudilərin bu vəziyyətə düşmələrində günah ravvinlərdədir. Səfəvilərin və Qacarların zamanında yəhudilərin digər din sahiblərindən daha da kəskin ayrı-seçkiliyə məruz qalması onların İsfahan, Tehran, Məşhəd, Şiraz kimi şəhərlərdə kiçik məhlələrdə toplaşıb yaşamaları ilə nəticələndi. O dövrün tarixi sənədləri göstərir ki, yəhudilər zaman-zaman kütləvi hücumlara mərzu qalır, onları müxtəlif dini rituallarda insan qanından istifadə etmədə günahlandırırlar və onların dini ayrı-seçkiliyə qarşı çıxmasını dövlətə qarşı çıxması kimi qeyd edirdilər Judeo-Persian communities V. Qajar period  — статья из Encyclopædia Iranica. Bu dönəmlərə təkcə müsəlman-şiələr deyil həm də digər etnosların da yəhudilərə münasibəti mənfi idi və buna baxmayaraq yəhudi və İslam mədəniyyətləri bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli idi və inkişaf edirdi. Belə ki, həmin dönəmdə onlarla kitab ivrit dilində yazılmış amma fars xəttatlığından istifadə olunmuşdu. Farsların “Yusif və Züleyxa”, “Şahinə və İmran”, “Şahnamə” kimi əsərləri yəhudilərin ədəbiyyatına birbaşa təsir göstərmişdir. Yəhudilər də farsların instrumental musiqi mədəniyyətinə dərin izlər qoymuşdur. Həmin dövrdə Şiə-Müsəlman qrupu musiqi sənətinə yiyələnməni qadağan etmişdi və musiqi sənətinə ancaq yəhudilər və digər dinlərin nümayəndələri yiyələnə bilərdilər və bu da yəhudi musiqi sənətinin İranda inkişafına təkan vermiş oldu və hətta edam mərasimlərində də yəhudi musiqi ansamblı ifa edirdiLaurence D. Loeb. The Jewish Musician and the Music of Fars  // Asian Music. — 1972. — Vol. 4, № 1. — P. 3-14..

Yəhudilərin təqib olunmasına qarşı artıq Avropadakı yəhudilər etiraz etməyə başladılar. Avropadakı yəhudilər artıq cəmiyyətdə öz uyğun mövqelərin tutmuşdular, amma buna baxmayaraq onların etirazı heç bir nəticə verməmişdi. Yəhudilərin İrandakı vəziyyəti ancaq XIX əsrdə yeni konstitusiyanın qəbul olunması ilə yumşaldı. Bu dövrdə artıq yenidən yəhudilər özlərinə məktəb açdılar və 1906-cı ildə konstitusiya islahatları çərçivəsində yəhudilərə digər insanlarla bərabərlik hüququ təmin edilmiş oldu. Yeni konstitusiyaya görə yəhudilərin cəmiyyəti Məclisdə özünə bir deputat namizəd seçə bilərdi, amma yəhudilər bir o qədər də siyasətlə maraqlanmırdılar və maraqlananlar da Fələstinə gedirdi. Bütün bu dəyişikliklərə baxmayaraq yəhudilər İrandan miqrasiya edirdilər və başqa ölkələrə üz tuturdular. Bu miqrasiyanın iki əsas səbəbi var idi. Birincisi, T.Hertslin başlatdığı sionist təbliğat maşını yəhudilərdə millətçi hissləri qaldırır və onunla həmfikir olub Fələstinə qayıdanların sayı hər gün artırdı. İkincisi isə, yeni Konstitusiya hər nə qədər yəhudilərin vəziyyətin yumşaltsa da, yəhudilərə qarşı XX əsrin ilk onilliklərində Kirmanşahda, Şirazda təqib və qırğınların başladılması, 1922-ci ildə Tehranın özündə yəhudilərə qarşı iğtişaşların təşkil edilməsi yəhudilər üçün vəziyyəti dözülməz edirdi.

Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə İranda yəhudilərin vəziyyəti yenidən yaxşılaşdı. Pəhləvilər yəhudilərə müsbət yanaşırdılar və Qacarlar kimi çox ayrı-seçkilik etmirdilər. Pəhləvilərin dövründə yəhudilərə münasibətdə ayrı-seçkiliyə yol verən bütün qanunlar ləğv edildi, yəhudi məktəbləri dövlət təhsil sisteminə inteqrasiya edildi, yəhudilərin məhəllələr şəklində konsentrə olunaraq məskunlaşması haqqında qanun ləğv edildi Judeo-Persian communities VI. The Pahlavi Era (1925-1979)  — статья изEncyclopædia Iranica. İkinci dünya müharibəsi zamanı iranlı diplomatlar xüsusən də İranın Parisdəki konsulu Əbdül-Hüseyn Sərdari böyük sayda yəhudinin xilas olmasında əvəzsiz rol oynadılarStanley A. Weiss. Israel and Iran: The bonds that tie Persians and Jews - Editorials & Commentary - International Herald Tribune . The New York Times (July 10, 2006). Проверено 25 марта 2015.Леся Боброва. Иранский Шиндлер, или Парижский детектив . Booknik.ru (19 января 2012). Проверено 30 августа 2015.. thumb|171x171px|İran Məclisinin deputatı və qatı sionist olan Şamuel Xaimin şəkli.