Homunculus loxodontus (; daha çox "Gözləyən" kimi məşhurdur) — 2016-cı ildə holland rəssam Marqrit van Brifort () tərəfindən Leyden Universiteti üçün yaradılmış heykəl (Niderland). Əvvəlcə Leyden şəhərindəki uşaq xəstəxanasının qarşısında quraşdırılıb. 2017-ci ilin fevral ayına olan məlumata görə, heykəl Leyden Universitetinin Tibb Mərkəzinin içərisinə, 10-dan çox başqa heykəllərin də olduğu foyeyə köçürülüb.

Heykəl özündə gözləmə otağında stulda oturan dəniz fili başlı boz rəngli varlığı ehtiva edir.«Россияне узнают в нём себя» // Эхо Москвы, 6 fevral 2017.

Heykəlin yaradılması Leyden Universiteti nəzdindəki xəstəxana "Leydendəki heykəllər" fondu tərəfindən hər il keçirilən müsabiqədə heykəl yaratması üçün Marqrit van Brevorta qrant ayırıb.Автор Ждуна: эта скульптура изменила мою жизнь // BBC, 6 fevral 2017. 2016-cı ildəki müsabiqənin mövzusu bioloji elmlər idi.

Rəssam gələcək heykəlinin mövzusu üzərində çox düşünürdü. Beləki o, tibb və ya xəstəliklər ilə bağlı nəsə təsvir etmək istəmirdi. Xəstəxanada xəstələrin həkim müayinəsindən keçmək üçün oturub növbə gözləməsi Marqritin diqqətini çəkib. Həmin insanların üzündəki emosiyalar ona çox maraqlı gəlib və o öz heykəlini xəstələrə həsr etmək qərarına gəlib. Marqrit verdiyi müsahibələrdə bu heykəli belə təsvir edirdi: o, sanki, alınmamış bir eksperimentdir və daha yaxşı olacağını gözləyir; o, sanki, böyük mehriban bir ət parçasıdı və onu qucaqlamaq istəyirsən. Heykəl qarışdırıldıqda gili xatırladan maddə əmələ gətirən plastikdən və epoksid qatranından yaradılıb.

Heykəl 2016-cı ildə Leyden şəhərində ən çox şəkli çəkilən heykəl oldu.

Marqrit van Brifort 2017-ci in fevral ayında BBC-yə verdiyi müsahibədə qeyd edib ki, Ukrayna merindən "Gözləyən" heykəli ilə bağlı maraqlı təklif alıb: “Dnepr şəhərinin meri mənə təklif edib ki, 2 metr hündürlüyündə həmin "Gözləyən"dən hazırlayım. Heykəlin şəhərin mərkəz hissəsində yerləşdirilməsi nəzərdə tutulub”.Двухметрового бетонного Ждуна решили установить в центре Днепра . // «Интерфакс», 6 февраля 2017.

Mem 2017-ci ilin yanvarında bu heykəl Leyden şəhərində olan rusdilli turistlərdən birinin diqqətini cəlb edir. Turist heykəlin şəklini çəkərək Pikabu saytında paylaşır.Ожидание врача — Пикабу Onun bu paylaşımından sonra heykəl Rusiya internet seqmentində "Jdun" (), Ukrayna internet seqmentində isə "Jdun" () və "Poçekun" () adı altında populyar internet mem oldu.

Daha sonra "Gözləyən" dünyada populyarlaşdığına görə əsərin sahibi məcbur olaraq VKontakte sosial şəbəkəsində rəsmi səhifə açdı və hətta VKontakte administrasiyası səhifənin rəsmiliyini təsdiqlədi.

24 fevral 2017-ci ildə Ukrayna Ali Radasının deputatı Borislav Beryoza iclasa "Jdun"un oyuncaq formasını gətirib. Deputat öz Facebook səhifəsində bu addımını belə şərh edib: "Jdun, ukraynalıların əksəriyyəti kimi, deputatların işə gəlməyini gözləyir. O, da Nazirlər Kabinetindən keyfiyyətli dəyişikliklər gözləyir. Onun səbri elə də çox deyil. Elə vaxtı da. Ukrayna haqda belə demək olmaz." Deputatın bu hərəkəti bir çox həmkarlarını narazı salıb. Lakin, Beryoza etdiyi hərəkətdən razı qalıb. Deputat onu da vurğulayıb ki, artıq yarım ilə yaxındır ki, parlamentdə bir sıra vacib məsələlərin həllində hökumətdən cavab ala bilməyib: "Mən də Jdun kimi hökumətə vacib sualları verəcəyimi gözləyirəm."

İstinadlar

Xarici keçidlər 30px|link=VKontakte Rəsmi VKontakte səhifəsi.

Kateqoriya:İnternet memləri Kateqoriya:Leyden Universiteti Kateqoriya:Niderland heykəltaraşlığı Kateqoriya:2016-cı ilin heykəlləri Kateqoriya:Uydurma məməlilər