Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.

Tarixi thumb|235px| XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi.

Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi. İlk əvvəllər gimnaziyada təhsil 8 il olmuşdur. Donradan 1910-cu ildə yəhsil müddəti 9 ilə çatdırılmışdır.

1921-ci ildə gimnaziyanın binasında sovet tarixində ilk dəfə S. D. Markov adına birinci əmək məkyəbi açılmışdır. 1930-cu ildə bina Karl Marksın adına sdlandırılmağa başlanılır. 1943–1944 illərdə binada hospital yerləşdirilmişdi. 1947-ci ilə qədər binada hərbi müəssisə yerləşirdi. Sonradan bina təmir edilmişdi. 1952-ci ildə isə binada № 13 məktəbi açılmışdır.

Arxitektura Liseyin binası üç mərtəbədən ibarətdir. Fasadı qara suvaqla üzlənmişdir. Arxa tərəfi qəliz konfiqurasiyaya malikdir. Daxilində pilləkən mövcuddur. Akt zalı binanın ikinci mərtəbəsində yerləşir.

Tanınmış tələbələri 1902—03-ci illərdə binada Marietta Sergeyevna Şahinyan oxumuşdur. 1986-cı ildə binanın fasadına memorial lövhə vurulmuşdur: "1902–1903-cü illərdə bu binada yazıçı, Sosialist Əməyi qəhrəmanı, Lenin adına mükafat laureatı, Dövlət mükafatçısı (1888–1982) Marietta Sergeyevna Şahinyan təhsil almışdır".

1904-cü ildə gimnaziyanı rus və sovet pdixoabalitiki və pedaqoqu Sabina Nikolayevna Şpilreyn əlaq qiymətlərlə bitirmişdir.

İstinadlar

Kateqoriya:Rostov-na-Donuda təhsil Kateqoriya:Liseylər Kateqoriya:Rostov-na-Donu tikililəri Kateqoriya:Rostov-na-Donunun görməli yerləri Kateqoriya:Rostov-na-Donu məktəbləri