Qızıloba (əvvəlki adı: Qarmiravan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Bəzən bu kəndə Qırmızı kənd də deyirlər.
Tarixi Qızıloba kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi,.
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Ağdərə şəhər Sovetinin Qarmiravan kəndi Tərtər rayonunun tərkibinə verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Qarmiravan kəndi Qızıloba kəndi adlandırılmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
İstinadlar
Xarici keçidlər nona.net, Qızıl Oba wikixəritə, Qızıl Oba
Həmçinin bax
Kateqoriya:Ağdərə rayonunun kəndləri