Amerika və ya əsil adı ilə İtkin düşmüş () — Frans Kafka tərəfindən yazılmış yarımçıq roman. Əsər onun vəfatından sonra dostu Maks Brod tərəfindən çap halına salınmış, tamamlanmış və bu adla nəşr etdirilmişdir. Romanın əsl adı "İtkin düşmüşlər"dir.

Məzmun

On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində alışmış hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək. Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir.

Nəşr və tərcümə Roman Elxan Rzayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2017-ci ildə Bakı Kitab Klubunda, 256 səhifədə nəşr edilib.

İstinadlar

Xarici keçidlər DigBib. Org: Amerika romanının almanca tam mətni.

Kateqoriya:Frans Kafkanın əsərləri Kateqoriya:Yazıçısının ölümündən sonra nəşr olunmuş romanlar Kateqoriya:1927-ci ilin romanları