«Bataysk-2007» — Bataysk şəhərində fəaliyyət göstərən futbol klubu. 29 iyul 2010-cu ildə İkinci divizionun «Cənub» zonasında fəaliyyətini dayandırmışdır. 2014-cü ildən Rostov vilayətinin çempionatında iştiraka başlamışdır. Tarixi «Bataysk-2007 FK» 1998-ci ildə təşkil edilmişdir. 2007-ci ilə qədər «Bataysk» FK adlanırdı.
Rostov vilayəti çempionatı (1998—2005), Rusiya həvəskarlar liqası 2006 (HFL), ikinci divizyonu (2007—2010) iştirakçısı olmuşdur.
Rusiya Həvaskarlar Liqasında (2006) «Bataysk» klubu final görüşündə «Sokol» klubuna 2:1 hesabı ilə qalib gəlmişdir. Turnirdə «Bataysk» klubu peşəkar statusu alır. Bundan sonra klub adını «Bataysk-2007» olaraq dəyişir. 2007-ci ildən Futbol üzrə Rusiya ikinci divizyonunda iştirak edir. 2007-ci bu yarışda klub üçüncü, 2008-ci ildə ev oyunlarının heç birində məğlub olmayaraq ikinci yeri tutmuşdur.
29 iyul 2010 ildə maliyyə çatışmazlığı səbəbindən İkinci divizionun «Cənub» zonasında fəaliyyətini dayandırmalı olmuşdur. Bu dönəm «Bataysk-2007» çempionatda 15 yeri (17 komanda arasında) tutmişdu. 16 oyuna 15 xal (+4-9=3, 19-23).
Klubun rəngi AğYaşıl
Nəticələri Rostov vilayəti çempionu (2001, 2003, 2005), Rostov vilayəti çempionatının ikincisi (2002, 2004). Molot qəzeti kuboku sahibi (2001, 2002, 2003, 2005). Rostov vilayətinin Qələbə kuboku sahibi (2003, 2004, 2005). Rostov vilayətinin Federasiya Kuboku sahibi (2003). P. Şerbatenko xatirəsi Kuboku sahibi (2005, 2007, 2009), finalçı (2003, 2008). V. Qetmanov xatirəsi Kuboku sahibi (2005), finalçı (2004, 2006). Rusiyanın cənub zonasının qalibi (2003). Ruusiya HFL qalibi (2006). Rusiya həvəskar komandalarının yarışı (2006). İkinci divizion, «Cənub» zona turnirinin ikincisi (2008). İkinci divizion, «Cənub» zona turnirinin üçüncüsü (2007).
Klubun fərqlənən oyunçuları
Klub tarixində ən çox oyun keçirən oyunçu (2 divizion): Dmitri Mezikov — 90 İvan Qrinyuk — 81 Klub tarixində ən çox qol vuran oyunçu (2 divizion): Dmitri Mezikov — 40 İvan Qrinyuk — 36
Çıxış statistikası
Rusiya çempionatı
MövsümLiqaYerİstifadəsi2006HFL Rusiya «Cənub» zona1 İkinci diviziona çıxış əldə etmişdir.2007İkinci divizion, «Cənub» zona32008İkinci divizion, «Cənub» zona22009İkinci divizion, «Cənub» zona82010İkinci divizion, «Cənub» zona17 Yarışdan maddi çatışmazlıq səbəbindən fəaliyyətini dayandırmış.
Rusiya kuboku
MövsümMərhələ2007/081/642008/091/1282009/101/642010/111/128
Mənbə Statistika На сайте Futbol federasiyası Профиль клуба на сайте Вторая лига.ру
İstinadlar
Kateqoriya:Rostov vilayətinin futbol klubları