Kamil Xıdırilyas oğlu Əliyev (15 oktyabr 1991; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən yüngül atlet. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub.

Həyatı Kamil Əliyev 1991-ci il oktyabrın 15-də Bakı şəhərində anadan olub.

Karyerası 2016-cı ilin avqust ayında Kamil Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Kamil Əliyev uzunluğa tullanma turnirində 7.05 metr nəticə ilə gümüş medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Kamil Xıdırilyas oğlu Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

İstinadlar

Kateqoriya:Azərbaycanın paralimpiya atletləri Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Paralimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan paralimpiyaçıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar