Tuqurski yarımadası — Oxot dənizinin qərbində, Xabarovsk diyarı ərazisində yerləşən yarımada. Turuq körfəzi (qərb) ilə Ulbanski və Akademi körfəzlərini ayırır. Şərqində Kostantin körfəzi, cənubunda Kruqlaya, şimalında Anqandya buxtası yerləşir. Ərazisində yerləşən burunlar: Lindholm, Otvesnı, İnqakan, Borinkaqan, Ukurunu, Zarjeskoqo, qrantni və s. Ərazisindən axan çaylar: Elqande, Bıranca və Ukurunu. Ərazisi tayqa ilə örtülüdür. Ətrafında dərinlik 30 metrdir. Şantar adalarından Lindholm boğazı ilə ayrılır. Vaxtı ilə burada Pereşeek adlı yamayış məntəqəsi olmuşdur.

İstinadlar

Kateqoriya:Xabarovsk diyarı yarımadaları