Antil adaları (isp. Antillas) — Karib dənizi və Meksika körfəzi suları ilə yuyulan, Şimali Amerika və Cənubi Amerika arasında yerləşən adalar qrupu.
Ümumi məlumat Arxipelaqın sahəsi 228 662 km², əhalisi 42 mln. təşkil edir. Böyük Antil adalarına (Kuba, Haiti, Yamayka, Puerto-Riko) və Kiçik Antil adalarına (Virciniya adaları, Küləktutan adalar, Küləktutmayan adalar, Trinidad, Tobaqo və Barbados adaları) ayrılır. Antil adalarında Antiqua və Barbuda, Barbados, Haiti, Qrenada, Dominika, Dominikan Respublikası, Kuba, Sent-Vinsent və Qrenadina, Sent-Lüsiya, Sent-Kits və Nevis, Trinidad və Tobaqo, Yamayka dövlətləri, həmçinin Böyük Britaniya, ABŞ, Fransa və Niderlanda məxsus ərazilər yerləşir. Adaların bir hissəsi Venesuelanın tərkibindədir.Antilles/Greater Antilles and Lesser Antilles/Antilles Map , Map Universal
Coğrafiyası Adalar materik və vulkan mənşəlidir. Səthinin çox hissəsi dağlıqdır (maksimum hündürlüyü təqribən 3175 m); düzənliklər, əsasən, Kuba və Haitinin cənub-şərq hissəsində, həmçinin Virciniya və Küləktutmayan adalardadır. Vulkan mənşəli adalar Küləktutan adalar arxipelaqında üstünlük təşkil edir (fəaliyyətdə olan vulkanlar var. Dyabloten, Sufriyer, Montan-Pele və s.). Küləktutmayan adalar Karib And dağları strukturları ilə əlaqədardır. Antil adalarının ərazisi (Kubanın düzən sahələrindən başqa) çox seysmikdir.
İqlimi İqlimi tropik passatdır. İllik yağıntı 1200–2000 mm, küləktutan yamaclarda 5000 mm, küləktutmayan yamaclarda 700–800 mm-dir. Yayın axırlarında güclü qasırğalar səciyyəvidir.
Bitki örtüyü Təbii bitki örtüyünə –savannalara və tropik meşələrə az rast gəlinir. Küləktutan yamaclarda həmişəyaşıl meşələr qalmaqdadır.
Böyük Antil adalarının tərkibinə daxil olan adalar: AdaSahə,km²Əhali,nəf.Sıxlıq,nəf./km²Dövlət Kuba 101,41 Kuba Haiti 260,07 Dominikan Respublikası və Haiti Yamayka 248,89 Yamayka Kayman adaları 207,87 Kayman adaları (Böyük Britaniyanın mülkiyyəti) Puerto-Riko 438,74 Puerto-Riko (ABŞ) Ümumi 207435 37862400 182,53
Kiçik Antil adalarının tərkibinə əlliyə yaxın ada daxildir. Burada daxil ən iri adalar Trinidad adası və Puerto-Rikodur.
Tərkibinə daxil olan adalar: AdaSahə,km²Əhali,nəf.Sıxlıq,nəf./km²Dövlətİngiltərə adası96,014 436150,38Böyük BritaniyaAneqada38,02005,26Böyük BritaniyaAntiqua adası281,067 000238,43Antiqua və BarbudaAruba adası180,0106 050589,17NiderlandBarbados adası430,0284 589661,83BarbadosBarbuda161,01 5009,32Antiqua və BarbudaBas-Ter848,0186 000219,34FransaBekiya adası18,05 000277,78Seynt-Vinsent və QrenadinBoneyr adası288,013 38946,49NiderlandKanuan adası13,02 000153,85Seynt-Vinsent və QrenadinBerdcin-Qorda21,01 10052,38Böyük BritaniyaQrand-Ter589,0197 000334,47FransaDominika746,072 51497,20DominikaQrenada310,080 000258,06QrenadaYost-van-Deyk8,026032,5Böyük BritaniyaKarriaku adası34,06 000176,47QrenadaKoçe adası61,08 242135,11VenesuelaKürasao444,0142 180320,23NiderlandLa-Dezirat adası21,11 59175,40FransaKiçik Martinik2,4900375,00QrenadaMarqarita956,8436 900456,63VenesuelaMari-Qalat adası158,013 47085,25FransaMartinika1128,0397 730352,60FransaMero4,030075,00Seynt-Vinsent və QrenadinMontserrat adası102,06 40962,83Böyük BritaniyaMyostik adası5,750087,72Seynt-Vinsent və QrenadinNevis adası93,011 500123,66Sent-Kits və NevisOrçila adası40,01002,5VenesuelaSaba13,01 737133,62NiderlandSanta-Krus213,053 234249,92ABŞSen-Bartelemi21,08 255393,10FransaSeynt-Vinsent346,0117 000338,15Seynt-Vinsent və QrenadinSent-Con50,84 19782,62ABŞSent-Kits adası169,039 000230,77Sent-Kits və NevisSent-Lüsiya619,2172 884279,21Sent-LüsiyaСен-Мартен91,968 382744,09Niderland/FransaSent-Tomas80,951 181632,65ABŞSint-Estatius adası21,02 886137,43NiderlandTobaqo300,054 084180,28Trinidado və TobaqoTortola55,714 000251,35Böyük BritaniyaTrinidad4821,01 250 000259,28Trinidado və TabaqoYunion8,05 000625,00Seynt-Vinsent və Qrenadin
Mənbə Archivo de fotos del Caribe Biblioteca digital del Caribe Viajes al Caribe
İstinadlar
Kateqoriya:Böyük Antil adaları Kateqoriya:Kiçik Antil adaları Kateqoriya:Beynəlxalq arxipelaqlar Kateqoriya:Şimali Amerika regionları Kateqoriya:Atlantik okeanın adaları Kateqoriya:Sent-Vinsent və Qrenadin adaları Kateqoriya:Fransa adaları Kateqoriya:Venesuela adaları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri