Serkan Çayoğlu () — türk model və aktyor.
Həyatı Serkan Çayoğlu təhsilini Almaniyada universitetin İqtisadiyyat bölməsində tamamlamışdır. Əvvəllər modellik etməyi düşünsə də, bir müddət sonra aktyorluğa yönəlmiş və Ümid Çıraq, Dolunay Soysərt kimi adlardan peşəkar aktyorluq təhsili almışdır. İlk olaraq 2012-ci ildə "Kuzey-Güney" teserialının mövsüm finalında Mərvə Boluğurun İtaliyadan gələn yoldaşını canlandırmış, sonra "Zeytun təpəsi" teleserialında oynamışdır.
Handə Yenərin "Ya Ya Ya" klipinə də çəkilmişdir. 2014-cü ildə başlayan "Gilas mövsümü" teleserialında Ayaz Dinçər rolunu canlandırmışdır. Teleserial 2015-ci ildə başa çatmışdır. Aktyor daha sonra "Həyatımın eşqi" teleserialında Dəmir Cərrahoğlu rolunu oynamışdır.
Filmoqrafiyası Televiziya İl Adı Rol Qeydlər 2012 Kuzey Güney İtaliyadan gələn dost Qonaq obraz 2013 Şefkat Tepe Asker Qonaq obraz 2013-2014 Zeytun Təpəsi Burak Altaylı Köməkçi obraz 2014-2015 Gilas Mövsümü Ayaz Dinçer Baş rol 2016 Həyatımın Eşqi Demir Cerrahoğlu Baş rol 2018- Börü Kaya Ülgen Baş rol
Film İl Adı Rol Qeydlər 2018 Çöldə 2 Buraq Çətinqaya Ba șrol 2018 Börü Kaya Ülgen Baș rol
Mükafatlar və namizədliklər Mükafatlar və namizədliklər İl Mükafat Kateqoriya Serial - FilmNəticə 2015 Yaxın Doğu Üniversiteti 5-ci Video Musiqi Mükafatları İlin Ən Yaxşı Çıxış Edən Oyunçusu Gilas mövsümü 6-cı KTÜ Media Mükafatları İlin Ən Yaxşı Çıxış Edən Oyunçusu Gilas mövsümü 42-cı Pantene Altın Kələbək Mükafatları Ən Uyğun Cütlük (Öykü-Ayaz) Gilas mövsümü 2016 1-ci YBU Media Mükafatları Ən Yaxşı Kişi Serial Oyunçusu Gilas mövsümü 2016 42-ci Pantene Altın Kələbək Mükafatları Ən Yaxşı Kişi Komediya Oyunçusu Həyatımın eşqi
Kateqoriya:Türkiyə aktyorları Kateqoriya:1987-ci ildə doğulanlar Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları