Şahzadə Rupert qalası () — Liverpul şəhərinin Everton rayonunda yerləşən qala. İlk növbədə "Everton" futbol klubunun rəmzi kimi tanınır.Liverpool History Society .
Tarixi Qala 1787-ci ildə tikilib. İlk əvvəllər konstebllər (polis rütbəsi) tərəfindən tutulmuş əyyaşların və xırda cinayətkarların saxlanıldığı yer kimi istifadə edilirdi. Ertəsi gün onlar məhkəmə qarşısında dururdular və bir qayda olaraq islah işləri növündə cəzaya məhkum olunurdular.
Qalanın adı İngiltərə vətəndaş müharibəsi zamanı parlamentin əleyhdarlarının lideri olan Rupert Pfalsskiyin şərəfinə adlandırılıb. Şahzadə Rupert Liverpul qəsrinin işğalına hazırlıq zamanı gələcəkdə qalanın yerləşəcəyi təpədə dayanmış və şəhərə baxaraq söyləmişdir: "Bu istənilən məktəbli dəstəsinin ələ keçirə biləcəyi qarğa yuvasıdır".
"Everton" FK tərəfindən istifadə 152px|left 1938-ci ildə "Everton" futbol klubunun katibi Teo Kelli klubun emblemini hazırlayıb. Emblemin mərkəzi elementi Everton rayonuyla sıx bağlı olan Şahzadə Rupert qalası olub. O vaxtdan qala klubun əsas rəmzlərindən biri sayılır.
1997-ci ilin may ayında "Everton" futbol klubu qalanın bərpasına 15 000 funt sterlinq vəsait ayırıb.
2014-cü ilin fevralında qalada onu "Everton" futbol klubunun ənənəvi göy rəngiylə işıqlandıran çıraqban quraşdırılıb.
İstinadlar
Kateqoriya:Liverpul tikililəri Kateqoriya:Everton FK Kateqoriya:Keçmiş həbsxanalar