İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir.
100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir. Oyuna əlavə edilmiş dəqiqələrdə o, hesabın açılmasında əsas rol oynamışdır. Belə ki, 93-cü dəqiqədə məhz onun ötürməsindən sonra Rocer Hant baş zərbəsi ilə hesabı açmışdır. Yeddi dəqiqə sonra "Lids" Billi Bremnerin qolu ilə hesabı bərabərləşdirdi. Amma oyunun 117-ci dəqiqəsində Yan Kallaqandan ötürmə alan Yan Con hesabı 2–1 "Liverpul"un xeyrinə dəyişmişdir. Beləliklə, bu "Liverpul"un İngiltərə kuboku turnirində ilk qələbəsi sayılırdı.
"Liverpul"un baş məşqçisi Bill Şenkli qələbəni boyük sevinclə qeyd edirdi və bunu məşqçilik karyerasında ən böyük an kimi dəyərləndirdi. Onun "Lids"də çalışan həmkarı da "Liverpul"u matçın daha yaxşısı kimi qiymətləndirdi və növbəti mövsüm üçün daha əzmkar bir komanda olmaq üçün düzəlişlər edəcəyini bildirdi.
Finala gedən yol
Liverpul MərhələRəqiblərHesab3-cüVest Bromviç (s)2–14-cüStokport Kauntri (e)1–1Stokport Kauntri (s)2–05-ciBolton Uonders (s)1–06-cıLester Siti (s)0–0Lester Siti (e)1–0Y/FÇelsi (n)2–0 "Liverpul" turnirə üçüncü mərhələdən başladı. İlk rəqib isə "Vest Bromviç" klubu idi. Səfərdə keçirilən ilk oyunda Rocer Hant "Liverpul"u önə çıxardı. Onlar üstünlüklərini 63-cü dəqiqədə Yan Conun qolu ilə daha da möhkəmləndirdilər. Oyunun 77-ci dəqiqəsində isə "Vest Bromviç" penalti vurmaq şansı qazandı. Penaltini qaçırmalarına baxmayaraq "Vest Bromviç" 3 dəqiqə sonra Ceff Astl sayəsində bir qol vurmağa nail oldu. "Vest Bromviç" ikinci qolu vura bilmədikdən sonra "Liverpul" dördüncü mərhələyə adlaya bildi. "Liverpul" bu mərhələnin ilk matçını "Stokport Kauntri" komandasına qarşı Enfild stadionunda keçirirdi. İlk matç 1–1 hesabı ilə bitdi. 18-ci dəqiqədə Len Vaytın qolundan sonra Qordon Milne hesabı bərabərləşdirə bildi. Edqeley Parkda keçirilən cavab oyununda isə "Liverpul" 2–0 hesabı ilə qalib gələrək beşinci mərhələyə adladı.
Beşinci mərhələdə rəqib "Bolton Uonders" klubu idi. İlk matç "Bolton"un meydanı sayılan Börnden Park stadionunda keçirilirdi. Oyunda 85 dəqiqə ərzində hesab açılmasa da sonradan Yan Kallaqan "Liverpul"u hesabda önə keçirdi. Matç 0–1 hesabı ilə "Liverpul"un xeyrinə başa çatdı və "Liverpul" altıncı mərhələyə vəsiqə qazandı. Bu mərhələdə onlar Lester Siti klubu ilə qarşılaşırdılar. Filbert Street stadionunda keçirilən ilk matçda hər iki tərəfin cəhdlərinə baxmayaraq hesab açılmadı və ilk oyun 0–0 hesabı ilə başa çatdı. Dörd gün sonra Enfild stadionunda baş tutmuş cavab oyunda isə 72-ci dəqiqədə Rocer Hantın qolu ilə "Liverpul" 1–0 qələbə qazandı.
Yarımfinal mərhələsində Villa Park stadionunda "Liverpul"un rəqibi Londonun "Çelsi" klubu idi. Oyundan əvvəl "Liverpul"un baş məşqçisi Bill Şenkli Çelsi üçün dizayn edilmiş broşur tapmışdır ki, burada da oyunun qalibi kimi finala vəsiqə qazanan "Çelsi" klubu əks olunmuşdur. O broşuru komandanın soyunub-geyinmə otağında divara sancdı və oyunçularına dedi "O heyət bir az özünüdartan cənub oğrularıdır". İlk hissə qolsuz bitsə də, "Liverpul" 63-cü dəqiqədə Piter Tompsonun qolu ilə hesabı açdı. Daha sonra Ville Stevensonun penaltidən vurduğu qolla "Liverpul" 2–0 hesabı ilə qalib gələrək adını finala yazdırmağı bacardı.
Lids Yunayted MərhələRəqibHesab3-cüSautport (e)5–34-cüEverton (e)1–1Everton (s)2–15-ciŞrevsburri Taun (e)2–06-cıKristal Pelas (s)3–0Y/FMançester Yunayted (n)0–0Mançester Yunayted (n)1–0
"Lids" turnirə 0–0 hesabı ilə üçüncü raunddan başladı. İlk rəqib isə dördüncü liqa təmsilçisi "Sautport" idi. Cimmi Qrinhoff oyunun 26-cı dəqiqəsində "Lids"i önə keçirdi. Albert Yohanneson 81-ci dəqiqədə hesabı 2–0 etdi və Terri Kuper matçın bitməsinə az vaxt qalmış hesabı "Lids"in xeyrinə 3–0 etdi. Dördüncü mərhələdə rəqib Liverpulun Everton klubu idi. Elland Rod stadionunda keçirilən ilk matç 1–1 hesabı ilə başa çatdı. İlk qolu 50-ci dəqiqədə Lids üçün Cim Storri vurmuşdur. Cavab matçı 3 gün sonra Qudison Parkda keçirildi. Don Veston və Cek Çarltonun qolları ilə 2–1 hesabı "Lids"i beşinci mərhələyə apardı.
Beşinci mərhələdə rəqib "Şrevsburri Taun" klubu idi. "Lids" Elland Rod stadionunda keçirilən oyunda Conni Qilles və Albert Yohannesonun qolları ilə 2–0 hesabı ilə qalib gəldi. Altıncı mərhələdə onların rəqibi Selherst Parkda "Kristal Pelas" klubu idi. "Lids" bu oyunda da Alan Pikokun 2 qolu və Storrinin 1 qolu ilə yekunda 3–0 hesabı ilə qələbə qazandı. Yarımfinal mərhələsində isə rəqib "Mançester Yunayted" klubu idi. Hillsboro stadionunda oynanılan ilk matçı "The Guardian" qəzeti şərh edərkən bildirmişdir ki, "Bu qızğın ilk oyunda hesab açılmadı". Cavab matçı 2 gün sonra Siti Qraund stadionunda baş tutdu. Matç 89-cu dəqiqəyədək 0–0 hesabı ilə davam edirdi. Lakin Bremner hesabı "Lids"in xeyrinə dəyişməyi bacardı. Bu dəyişiklik münaqişəsiz keçmədi. Final fitindən dərhal sonra yüzlərlə azarkeş meydana daxil oldu. 16 yaşlı bir Mançester azarkeşi isə oyunun baş hakimi olan Dik Vindla zərbə endirdi. Lakin sonra o, tutularaq polis bölməsinə aparıldı..
Arxa plan thumb|left|Final matçı Uembli stadionunda baş tutmuşdur 1923. Final matçı "Liverpul" tarixində üçüncü final idi. İlk dəfə onlar 1914-cü ildə finala vəsiqə əldə etmiş və finalda 1–0 hesabı ilə "Börnli" klubuna məğlub olmuşdular. 1950-ci ildə isə finalda "Arsenal" tərəfindən 2–0 hesabı ilə məğlub edilmişdilər. "Lids" üçün isə bu birinci final matçı idi. Buna qədər onların kubok yarışmasında ən yaxşı nəticəsi 1949/50 mövsümündə 4/1 finala qədər gəlmələri olmuşdur ki, burada da onlar "Arsenal"a məğlub olmuşdular. Bu iki klubun çempionatdakı son oyunları isə hər 2 tərəfin qələbəsi ilə yekunlaşmışdır. İlk oyun Elland Rod stadionunda baş tutmuş və "Lids" 4–2 hesabı ilə qələbə qazanmışdır. "Liverpul"da keçirilən oyunda isə "Liverpul" komandası 2–1 hesabı ilə qələbə qazanmışdır.
Finaldan öncə "Liverpul" son matçını "Vulverhempton"a qarşı keçirmişdir. Bill Şenkli bu oyunda bir çox əsas oyunçulara istirahət versə də, "Liverpul" 3–1 hesabı ilə qələbə qazanmışdır. Qolları isə Ceoff Stronq, Con Seley və Alf Arrosmit vurmuşdur. Bu qələbə ilə "Liverpul" liqanı yeddinci yerdə başa vurdu. "Lids" klubu isə çempionatı qalib kimi başa vura bilərdi. Lakin "Birminhem Siti" ilə oyun 3–3 hesabı ilə bitərkən əsas rəqibləri olan "Mançester Yunayted"in ehtiyatda 1 oyunu qalırdı. Üstəlik "Lids"in çempion olması üçün "Mançester" ilə aralarındakı 17 topluq fərqi aradan qaldırmalı idilər. "Mançester" son oyunda Aston Villaya 2–1 hesabı ilə məğlub olmasına baxmayaraq, aradakı top fərqinə görə çempion olmağı bacardı.
"Liverpul"un baş məşqçisi Bill Şenkli finaldan öncə rəqibini dəyərləndirərkən bildirmişdir ki, "Bizim rəqibimiz qurduqları möhtəşəm kollektivlə öz gücünü sübut etmişdir. Onlar hər mövqedə ən yaxşılara sahibdir. Amma biz daha yaxşısını etməyə cəhd edəcəyik". Oyun günü Bill Şenkli tıxacda qaldığı üçün matça gecikirdi. Artıq matçın təxirə salınması planlaşdırılırdı. Amma London polisinin çevik davranışı ilə yaranmış tıxac öz həllini tapdı və beləcə final oyunu təyin olunduğu vaxtda başladı. Oyundan bir neçə gün öncə isə "Liverpul"un əsas oyunçularından biri yarımmüdafiəçi Qordon Milne zədələnmişdir.
"Lids" klubunun oyunçusu Albert Yohanneson İngiltərə kubokunun finalında oynamış ilk qaradərili oyunçu kimi tarixə düşmüşdür. Lakin meydana daxil olduqdan sonra o, radikal irqi şüarlara məruz qalmışdır."
Matç
Birinci hissə Hər iki klub 4–4-2 taktiki sxemi ilə oyuna başlamışdır. Oyunun artıq beşinci dəqiqəsində "Liverpul"un müdafiəçisi Qerri Brayn ilə "Lids"in kapitanı Bobbi Kollins toqquşdu və nəticədə Brayn körpücük sümüyünü sındırdı. Əvəzedilməyə icazə verilmədiyi üçün o, oyunu davam etdirdi. Bill Şenkli kimi o da zədənin ciddiliyindən xəbərsiz idi. Oyunda ilk təhlükəli vəziyyət "Liverpul"un cərimə zərbəsi ilə baş tutdu. Daha sonra topu oyuna künc zərbəsindən Liverpulun kapitanı Ron Yets daxil etdi. Topa Yan Condan öncə "Lids"in qolkiperi Spreyk çatdı. "Lids" Albert Yohanneson ilə növbəti hücumunu təşkil edərkən "Liverpul"un müdafiəçisi Tommi Smit tərəfindən qarşısı aliındı.
"Liverpul"un növbəti hücumunda Ceoff Stronqun zərbəsini Çarlton küncə çıxardı. "Lids" getdikcə özünəinamı bərpa etdi və hücumlarının birində Kollinsin hesabı açmaq üçün yaxşı imkanı yarandı. Lakin 32 metrdən endirdiyi zərbə qapıdan azca aralı keçdi. Bir dəqiqə sonra "Lids" növbəti hücumunu başladı. Peoksun başla endirdiyi zərbə bu dəfə də qapıdan aralı keçdi.
Oyunun 25-ci dəqiqəsində "Liverpul" növbəti hucumunu reallaşdırdı. Kallaqandan cərimə meydançası daxilinə yaxşı ötürmə verilsə də, Spreyk topu tutdu. Oyun hər iki tərəfin aramsız hücumları ilə davam edirdi. Lakin getdikcə matç daha kobud bir şəkildə davam etməyə başladı. İlk hissənin bitməsinə bir dəqiqə qalmış "Liverpul" daha bir hücum həyata keçirdi. Lakin Rocer Hantın 23 metrdən vurduğu zərbə Spreyk tərəfindən qarşısı alındı. Hər iki tərəfin cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsi qolsuz başa çatdı.
İkinci hissə İkinci hissənin əvvəlində "Liverpul"un hesabı açması üçün yaxşı imkanı oldu. Lakin Hantın baş zərbəsi yenə qapıdan aralı keçdi. "Liverpul"un rəqibə təzyiqi davam edirdi. Bir neçə dəqiqə sonra St.Con boş qalan Piter Tompsonu gördü. Lakin "Lids"in qapıçısı Spreyk topun səmtini dəyişdi. Hant qarşısına düşən topa zərbə endirsə də, qapıçı bu topu tutdu. "Liverpul" ikinci hissə də qol vurmaq üçün rəqibinə təzyiqini davam etdirirdi, amma Tompson və Stronqun zərbələri Spreyk tərəfindən bu dəfə də tutuldu. "Lids" artan təzyiqə cavab olaraq, Yohanneson və Storri mövqelərini dəyişdilər. Komandaların heç biri oyunun əsas vaxtında hesabı aça bilmədi və belə olan halda onlar əlavə vaxt oynayacaqdılar ki, bu da 1947-ci il kubok finalından sonra bir ilk idi.
Əlavə vaxt Əlavə vaxtın 3-cü dəqiqəsində "Liverpul" oyunda hesabı açdı. Qolun müəllifi Rocer Hant oldu. Liverpulun hesabda irəli olması qısa çəkdi. Cəmi 7 dəqiqə sonra Lids hesabı bərabərləşdirdi. Norman Hanter topu Liverpulun cərimə meydançası daxilinə göndərdi. Çarlton topu başı ilə Bremnerə ötürdü ki, o da öz növbəsində hesabı bərabərləşdirdi. Matçın 100-cü dəqiqəsində artıq hesab 1–1 idi.
"Liverpul" təzyiqini artırdı və Tompsonun zərbəsini bu dəfə Spreyk dəf etdi. Bir dəqiqə sonra Stronq "Lids"in qapısına doğru irəliləyərkən qapıçı Spreyk topu künc zərbəsinə çıxardı. Topu oyuna daxil edərkən St. Con az qala hesabı dəyişə bilərdi. Lakin onun birbaşa zərbəsi qapının üstündən keçdi. Nəhayət, əlavə vaxtın bitməsinə 3 dəqiqə qalmış "Liverpul" hesabda önə keçdi. Bu dəfə St.Con "Liverpul"u hesabda irəli çıxardı: 2–1. Beləliklə, "Liverpul" tarixində ilk dəfə İngiltərə kubokunu qazanmağa müvəffəq oldu..
Oyunun nəticələri
Q 1 Tommi LourensM 2 Kris LaulerM 3 Cerri BernM 4 Ceoff StronqM 5 Ron Yets (c)Y 6 Villi StevensonY 7 Yan KallaqanH 8 Rocer HantH 9 İan St. ConY 10 Tommi SmitY 11 Piter TompsonBaş məşqçi: Uilyam Bil Şenkli Q 1 Qeri SpreykM 2 Paul RaneyM 3 Villi BellY 4 Billi BremnerM 5 Cek ÇarltonM 6 Norman HanterY 7 Conni CaylsH 8 Cim StorriH 9 Alan PikokY 10 Bobbi Kollins (c)Y 11 Albert YohannesonBaş məşqçi: Don Revi Matçın qaydaları 90 dəqiqə. Vacib olduğu halda 30 dəqiqə əlavə.
Matçdan sonra