thumb|right|250px|Cüzeppe Mazzuolinin müəllifi olduğu Adonisin ölümü heykəlində Çöldonuzunun Adonisə hücum çəkməsi təsvir olunub. (Ermitaj, Sankt-Peterburq) Adonis ()- Qədim Yunanıstanda və Finikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizin dəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, Kipr və Lesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur. Antik incəsənətdə Adonis obrazı qəbirüstü relyeflərdə, həmçinin divar rəsmlərində və s. əksini tapmışdır. İntibah dövrü və barokko incəsənətində də Adonis ilə Afroditanın (Venera) məhəbbətindən və Adonisin ölümündən bəhs edən süjetlər həm təsviri sənətdə, həm də heykəltaraşlıqda geniş yayılmışdır.

Mənbə

Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:Qədim Yunanıstan mədəniyyəti Kateqoriya:Tanrılar Kateqoriya:Babil mifologiyası Kateqoriya:Babilistan Kateqoriya:Misir tarixi Kateqoriya:Suriya tarixi Kateqoriya:Ölümsüzlük Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Təbiət tanrıları Kateqoriya:Qədim yunan tanrıları Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Levant mifologiyası Kateqoriya:Finikiya mifologiyası Kateqoriya:Öldürülmüş ilahlar Kateqoriya:Ellinist Asiya ilahları Kateqoriya:Yunan-Roma misteriyaları