LaMia Hava Yolları reys 2933 — Braziliyanin peşəkar futbol komandası olan "Şapekoense" futbolçularının Boliviyadan Kolumbiyaya gətirilməsi zamanı 29 noyabr 2016-cı ildə baş vermiş təyyarə qəzası. Hadisə komandanın Cənubi Amerika Kuboku 2016 (Copa Sudamericana 2016) final görüşü çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" futbol komandası ilə keçirilməsi planlanan oyuna səfəri zamanı baş vermişdir. Qəza zamanı təyyarədə 72 sərnişin (21 jurnalist, qalanları isə futbol komandasının oyunçuları) və 9 ekipaj üzvündən "Brazil football team Chapocoense in Colombia plane crash" . BBC News. 29 noyabr 2016. ibarət 81 nəfər insan vardı. Qəzadan isə yalnız altı nəfər xilas ola bilmişdir.
Təyyarə Britaniya Aerospace 146 tərəfindən hazırlanmış təyyarənin modeli Avro RJ-85, qeydiyyat nömrəsi isə CP-2933 idi "Crash: LAMIA Bolivia RJ85 near Medellin on Nov 28th 2016, electrical problems, impact with terrain". Aviation Herald. 29 noyabr 2016. Təyyarə ilk uçuşunu 26 mart, 1999-cu ildə həyata keçirmişdir. "CP-2933 accident description". Aviation Safety Network. 29 noyabr 2016..
Qəza Təyyarə yerli vaxtla 22:00 radələrində (07:00, 29 noyabr, UTC+4), qəza vəziyyəti ilə bağlı La Sexa və La Union hava idarələrinə təcili siqnal yollamışdır. "Plane carrying 81, including soccer team, involved in accident in Colombia" . CNN. 29 noyabr 2016 Xilasedici helikopterlər güclü duman səbəbi ilə ilk olaraq qəza ərazisinə çata bilməyiblər.
Həyatını itirən tanınmış insanlar 200px San Lorenzo 1–1 Şapekoense (Copa Sudamericana yarımfinal görüşü).
300px|thumb|right|Təyyarənin qəza anından əvvəl son 15 dəqiqə ərzindəki yolu və qəza ərazisi. (Kolumbiya)
"Şapekoense" oyunçuları Aylton Sezar Cunior Alves da Silva (Kanela), 22 yaşında Colombia plane crash: 76 killed, 5 survivors from plane carrying Chapecoense footballers Dener Assunçao Braz (Dener), 25 yaşında Marselo Avqusto Matias da Silva (Marselo), 25 yaşında Metyus Bitenkort da Silva (Metyus Biteko), 21 yaşında Mateus Lukena dos Santos (Karamelo), 22 yaşında Qulerme Ximenez de Souza (Ximenez), 21 yaşında Lukas Qomez da Silva (Lukas Qomez), 26 yaşında Everton Kempes dos Santos Qonçalves (Kempes), 34 yaşında Artur Braziliano Maya (Artur Maya), 24 yaşında Ananias Eloy Kastro Monteyro (Ananias), 27 yaşında Markos Danilo Padilya (Danilo), 31 yaşında Filip Xose Maçado (Filip Maçado), 32 yaşında Serxio Manoel Barbosa Santos (Serxio Manoel), 27 yaşında Xose Gildeyxon Klemente de Payva (Gil), 29 yaşında Bruno Rangel Dominqez (Bruno Rangel), 34 yaşında Kleber Santana Loreyro (Kleber Santana), 35 yaşında Cosimar Rosado da Silva Tavares (Cosimar), 30 yaşında Vilyam Tieqo de Cesus (Tieqo), 30 yaşında Tiaqo da Roça Vieyra Alves (Tiaqanya), 22 yaşında
"Şapekoense"nin idarə heyətindən Luiz Karlos Saroli (Kayo Cunior), menecer, 51 yaşında
Media əməkdaşları Mario Serxio Pontes de Payva, Fox Sports telekanalının şərhçisi, keçmiş milli komanda oyunçusu və məşqçisi, 66 yaşında Devayr Paskolon, Fox Sports telekanalının şərhçisi və spikeri, 51 yaşında Paulo Culio Klement, Fox Sports telekanalının şərhçisi, 51 yaşında
Sağ qalanlar Alan Ruşel — "Şapekoense" futbol komandasının müdafiəçisi. "Plane crashes in Colombia with Brazilian football team on board". The Sun. 29 noyabr 2016. Danilo Porter — "Şapekoense" futbol komandasının qapıçısı. "Dos futbolistas y una azafata, los primeros superviviente del accidente del Chapecoense" . El Español. 29 noyabr 2016. Danilo ilkin olaraq qəzadan xilas olsa da, daha sonra xəstəxanada vəfat etmişdir. "Trágico accidente cerca de Medellín del avión que transportaba al equipo brasileño Chapecoense deja 76 muertos" . BBC World 29 noyabr 2016. Cekson Folmenn — "Şapekoense" futbol komandasının qapıçısı. "Avião da Chape sofre acidente; Danilo, Ruschel e Follmann estão entre sobreviventes" . 29 noyabr 2016. Bir ayağı amputasiya olunub. "Goleiro Jackson Follmann tem perna amputada após acidente da Chape". GloboEsporte.com . 29 noyabr 2016 Zampiyer Neto — "Şapekoense" futbol komandasının mərkəz müdafiəçisi. "Accidente de avión en el que viajaba Chapecoense deja 75 personas muertas". Caracol.tv. 2016–11-29 Ximena Suarez — Ekipaj üzvü "Avião que transportava equipe da Chapecoense cai na Colômbia". Diário de Pernambuco 2016–11-29. Rafael Henzel — Jurnalist
Araşdırma Kolumbiya Mülki Havaçılıq İdarəsi () başvermiş qəzanın araşdırma məsuliyyətini öz üzərinə götürüb.
Reaksiyalar 300px|thumb|right|Braziliya və Merkosur bayraqları, Braziliyadakı Milli Konqres Binası Braziliya dövlət başçısı Mişel Temer ölkədə 3 günlük matəm elan etmişdir. "Temer decreta luto de três dias pela tragédia com time da Chapecoense" . g1.globo.com 29 noyabr 2016. "Korintians" futbol klubu rəsmi saytı vasitəsilə bildirmişdir ki, əgər Medelyin təmsilçisi istəsə, heç bir ödəniş edilmədən oyunçu icarəyə verə bilərlər. Bunun ardınca Braziliya liqasında çıxış edən bütün komandalar istədikləri qədər ödənişsiz oyunçu verə biləcəkləri ilə bağlı açıqlama vermişlər. "Şapekoense"nin Sudamerikana kubokunun finalında qarşılaşacağı "Atletiko Nasyonal" isə azarkeşlərinə səslənərək oyununun keçiriləcəyi stadionda toplaşacaqlarını və həlak olan futbolçuları anacaqlarını bildirmişlər. Braziliyadakı Milli Konqres Binasının qarşısındakı Braziliya və Merkosur bayraqları (şəkildə) hadisə ilə bağlı yarıya endirilmişdir.
İstinadlar
Kateqoriya:28 noyabrdakı hadisələr Kateqoriya:2016-cı ildəki hadisələr Kateqoriya:2016-cı ildə Braziliya Kateqoriya:2016-cı ildə Boliviya Kateqoriya:2016-cı ildə Kolumbiya Kateqoriya:Braziliyada futbol Kateqoriya:Kolumbiyada aviasiya hadisələri