Babil (ing. Babel) — Alehandro Qonsales İnyarritunun 2006-cı ildə çəkdiyi psixoloji dram filmi. Film Mərakeş, Yaponiya, Meksika və ABŞ-də yaşayan bir-biriləri ilə əlaqəsi olan insanların həyatından bəhs edir.

Məzmun Filmdə üç əsas süjet xətti göstərilib. Bütün bunlar tamaşaçıya böyük bir Babili xatırladan dünyamızın vəziyyətini göstərir, harada insanlar bir biri ilə anlaşmağa məcburdular: özünkünə nail olmaq və başqalarına qulaq asmaq.

Mərakeş süjet xətti — amerikalı turistlərin, həmçinin Riçard Cons və Syuzan Cons ər-arvadın talelərinin bir sıra sadə Mərakeş əhalisinin taleləri ilə toqquşması. Sadə əhalinin ABŞ sakinləri üçün qəribə gələn həyat tərzləri göstərilib. Syuzan çoban oğlanın təsadüfən tüfəngdən açdığı atəş zamanı yaralanır. Atəş bir neçə insanın əzab çəkməsinə səbəb olur.

Meksika/ABŞ süjet xətti Riçard və Syuzanın uşaqlarına dayəlik edən meksikalı qulluqçu Ameliya ilə bağlıdır. Mərakeşdəki faciəvi hadisələr onu uşaqları Meksikaya, oğlunun toyuna aparmağa məcbur edir. Uşaqlar, Debbi və Mayk şən meksika toyunun şahidi olurlar. Gördükləri onlara həm əyləncə verir həm də şoka salır. San Diyeqoya qayıdış təhlükəli macəraya çevrilir, nəticədə Ameliya uşaqlarla səhrada susuz qalır.

Yaponiya süjet xətti — lal-kar yeniyetmə qız Çieko haqqında əhvalatdır. O, öz dünyasında, öz şəhərində başa düşülməyə çalışır. Detektiv Kenji ona kömək etməyə çalışır, əslində isə onun Mərakeşli bələdçiyə tüfəng hədiyyə etmiş atası ilə görüş axtarır…

Film haqqında Bu filmdə iştirak etmək üçün Bred Pitt prodüserlərindən olduğu "Dönüklər" filmində baş rolların birindən imtina edib. Bu addımı o, çoxdan Alehandro Qonzales İnyarritunun filmlərinin pərəstişkarı olması ilə izah edib. Rejissor Alehandro Qonzales İnyarritu yerli şəhər meydanında futbol oynadığını gördüyü Bobker Ait Əl Kaidi sınaq çəkilişlərinə çağırıb. Bu mərakeşli oğlan atasının tüfəngi ilə pis işlərə bulaşan Yusif rolunu oynamaq fürsəti qazanıb. Film ingiliscə "Babylon" adlanır. Orijinal "Babil" adı isə bu sözün ərəb və ivrit dillərindəki tələffüzüdür. Filmin final səhnəsində yaralı Syuzanı aparan helikopter Kasablankanın ən görməli yeri – Böyük II Həsən məscidinin yaxınlığından uçur.

Rollarda

Mərakeş Bred Pitt — Riçard Cons Keyt Blanşet — Syuzan Cons Məhəmməd Əhzəm — Ənvər Bubkə Eyt Əl Kaid — Yusif Səid Tərçani — Əhməd Həmid Muryani — Abdulla Əbdülkander Bara — Həsən Uahiba Zəhmi — Zöhra

Meksika Adriana Barraza — Ameliya Qael Qarsia Bernal — Santyaqo El Fenninq — Debbi Cons Natan Qembl — Mayk Cons Klifton J. Kollins — Meksika sərhədində polis zabiti Maykl Pina — Zabit ConYaponiya Rinko Kikuçi — Çieko Vatai Kodzi Yakuzo — Yasudziro Vatai Satosi Nikaydo — Detektiv Kenji Yuko Murata — Mitsu Siqemitsu Oqi — Diş həkimi

Mükafatlar və Namizədliklər

Oskar 2007: Namizəd: Ən yaxşı filmə görə (Alexandro Gonzalez İnyaritu, Con Kilik və Stiv Qolin) Namizəd: Ən yaxşı rejissor işinə görə (Alexandro Gonzalez İnyaritu) Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza) Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi) Namizəd: ən yaxşı orijinal ssenariyə görə (Qilyermo Arriaqa) Namizəd: ən yaxşı montaj işi (Duqlas Krays, Stiven Mirron) Qalib: ən yaxşı musiqi(Qustavo Santaolalla) Beynəlxalq Kann Kino Festivalı: Qalib: Ən yaxşı rejissor (Alexandro Gonzalez İnyaritu) Qalib: François Chalais Award (a Prize of the Ecumenical Jury) Namizəd: Qızıl palma budağı (Ən yaxşı film) Qızıl Qlobus: Qalib': Ən yaxşı dram filmi Namizəd: Ən yaxşı rejissorluğa görə (Alexandro Gonzalez İnyaritu) Namizəd: Ən yaxşı ikinci plan kişi roluna görə (Bred Pitt) Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza) Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi) Namizəd: Ən yaxşı ssenariyə görə (Qilyermo Arriaqa) Namizəd: Ən yaxşı musiqi(Qustavo Santaolalla) ABŞ kino aktyorlarının Gildiya mükafatı: Namizəd: Ən yaxşı aktyor seçiminə görə Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza) Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi) Ən yaxşı onluğa düşüb: American Film Institute Awards 2006

Xarici keçidlər

Rəsmi sayt Rəsmi treyler Yapon dilində sayt Film screenplay at MovieScriptPlace.com Babel Production Notes Full Production Notes Babil görüntüləri at Metacritic.com

Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Meksika filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Yaponca filmlər Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:Mərakeş haqqında filmlər Kateqoriya:Tokio haqqında filmlər Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:2006-cı ilin ABŞ filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:Paramount Vantage filmləri Kateqoriya:2000-ci illərin psixoloji dram filmləri Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Qeyri-yapon mədəniyyətində Yaponiya Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:2000-ci illərin ispan dilli filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Tokioda çəkilmiş filmlər Kateqoriya:Media Rights Capital filmləri Kateqoriya:Karlar haqqında filmlər Kateqoriya:Antologiya filmlər Kateqoriya:İşarət dillərdə filmlər