thumb|upright|right|Karlo Ançelotti kuboku rekord sayda — 5 dəfə qazanıb. UEFA Superkuboku — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır. Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. 2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi.
Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla, iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib. UEFA Superkubokunu qazanmış ilk məşqçi 1972-ci ildə Amsterdamın "Ayaks" komandasına qələbə qazandırmış rumıniyalı Ştefan Kovaç olmuşdur. Ancaq bu görüş UEFA tərəfindən rəsmən tanınmayıb. Superkubokda ən uğurlu məşqçilər italyanlardır, onlar ümumilikdə on iki bu turnirdə qalib olublar.
İki baş məşqçi UEFA Superkubokunu iki dəfə qazanıb. İlk ikiqat qalib — 1976 və 1978-ci illərdə "Anderlext"ə qələbə qazandırmış Raymon Qutalsdır. Eyni nəticəni Aleks Ferqyuson 1983 və 1991-ci illərdə müvafiq olaraq "Mançester Yunayted" və "Aberdin"lə, Luis van Qaal 1995 və 1997-ci illərdə müvafiq olaraq, "Ayaks" və "Barselona" ilə, Arriqo Sakki 1989 və 1990-cı illərdə "Milan"la, Zinəddin Zidan 2016 və 2017-ci illərdə "Real Madrid"lə və Dieqo Simeone 2012 və 2018-ci illərdə "Atletiko Madrid"lə təkrarlayıb. Sakki və Zidan eyni zamanda, Superkuboku ardıcıl iki dəfə qazanan yeganə baş məşqçilərdir.
UEFA Superkubokunu ən çox qazanan baş məşqçi italiyalı Karlo Ançelottidir — 5 dəfə.
İllər üzrə qaliblərin siyahısı thumb|upright|right|Aleks Ferqyuson 1983 və 1991-ci illərdə Superkuboku qazanıb. thumb|upright|right|Luis van Qaal 1995 və 1997-ci illərdə Superkuboku qazanıb. thumb|upright|right|Marçello Lippi 1996-cı ildə Superkuboku qazanıb. FinalVətəndaşlıqQalib məşqçiÖlkəKlubİst1972 RumıniyaAyaks1973Ayaks1974–––– 1974-cü ildə klublar oyunların keçirilmə tarixləri barədə razılığa gələ bilməyiblər.1975Dinamo Kiyev1976Anderlext1977Liverpul1978Anderlext1979Nottingem Forest1980Valensiya1981–––– 1981-ci ildə Liverpul Dinamo Tbilisi ilə oyunun vaxtını razılaşdıra bilməyib.1982Aston Villa1983Aberdin1984Yuventus1985–––– Everton İngiltərə klublarının avrokuboklarda iştirakına qoyulmuş qadağa səbəbindən iştirak edə bilməyib.1986 Rumıniya RumıniyaStyaua1987Portu1988Mehelen1989Milan1990Milan1991Mançester Yunayted1992Barselona1993Parma1994Milan1995Ayaks1996Yuventus1997Barselona1998Çelsi1999Latsio2000 RumıniyaQalatasaray2001Liverpul2002Real Madrid2003Milan2004Valensiya2005Liverpul2006Sevilya2007Milan2008Zenit2009Barselona2010Atletiko Madrid2011Barselona2012Atletiko Madrid2013Bavariya2014Real Madrid2015Barselona2016Real Madrid2017Real Madrid2018Atletiko Madrid2019Liverpul2020Bavariya2021Çelsi2022Real Madrid2023Mançester Siti2024Real Madrid2024Pari Sen-Jermen
Superkuboku bir dəfədən çox qazanan baş məşqçilər SıraVətəndaşlıqMəşqçiQalibFinalçıQalib olduğu il(lər)Finalçı olduğu il(lər)Qalib olduğu klub(lar)1Karlo Ançelotti502003, 2007, 2014, 2022, 2024Milan (2), Real Madrid (3)2Xosep Qvardiola402009, 2011, 2013, 2023Barselona (2), Bayern Münhen, Mançester Siti3Aleks Ferqyuson221983, 19911999, 2008Aberdin, Mançester YunaytedRaymon Qutals201976, 1978AnderlextArriqo Sakki201989, 1990MilanLuis van Qaal201995, 1997Ayaks, BarselonaZinəddin Zidan202016, 2017Real MadridDieqo Simeone202012, 2018Atletiko Madrid
Qalın şrift = Hələ də məşqçi kimi fəaliyyətini davam etdirir.
Ölkələr üzrə Bu cədvəldə məşqçilərin vətəndaşlıqlarına görə qələbə sayının statistikası göstərilmişdir. Vətəndaşlıq Qələbələrin sayı 13 11 6 3 3 3 3 2 2 2 1 1 1
Həmçinin bax UEFA Superkuboku UEFA Superkuboku oyunlarının siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:UEFA Superkuboku