Eri Tosaka (d. 30 avqust 1993, Takaoka, Yaponiya) — Yaponiyanı təmsil edən qadın güləşçi. Eri Tosaka 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etmiş və yarışların qızıl medalını qazanmışdır. Tosaka həm də 2013, 2014 və 2015-ci illərdə Dünya Çempionatlarının qızıl medalını qazanıb.

Karyerası Eri Tosaka 2016-cı ildə karyerasında birinci dəfə Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya Oyunlarında qüvvəsini sınadı. Tosaka birinci görüşdə Qazaxıstan güləşçisi Ulduz Yeşimovanı 6:0, ikinci görüşdə Amerika Birləşmiş Ştatları güləşçisi Haley Auqellonu 11:2, üçüncü görüşdə isə Çin Xalq Respublikası nümayəndəsi Sun Yananı 8:3 hesabı ilə məğlub etdi və yarışların finalına vəsiqə qazandı. Həlledici görüşdə isə Eri Tosaka Azərbaycan güləşçisi Mariya Stadniki gərgin görüşün yekununda, sona 3 saniyə qalmış 3:2 hesabı ilə məğlub etdi və XXXI Yay Olimpiya Oyunlarının çempionu oldu.

Həmçinin bax Yaponiya 2016 Yay Olimpiya Oyunlarında

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2016 Yay Olimpiya Oyunlarının medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Yaponiya idmançıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:2014 Asiya Oyunları medalçıları