Nəvai Məmmədoğlu (Nəvai Məmməd oğlu İbrahimov) — rəssam, şair, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Beynəlxalq Fəal Sənətçilər Birliyinin təmsilçisi, Azərbaycan Rəsm Komitəsinin sədri.

Həyatı Nəvai Məmməd oğlu İbrahimov 1965-ci il iyul ayının 3-də Qazaxın Qarayazı qəsəbəsində dünyaya göz açıb. Əslən Qazax rayonunun Aslanbəyli kəndindəndir.

1972-1982-ci illərdə Ağstafa rayonunun Zəlimxan kəndində orta təhsil alıb. 1982-1989-cu illərdə APU-nun bədii qrafika fakültəsində ali təhsil alıb.

1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısı olub. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. “METİN-X” reklam şirkətinin rəhbəridir. Bu yaxınlarda mərkəzi Türkiyənin İzmir şəhərində yerləşən Beynəlxalq Fəal Sənətçilər Birliyinin təmsilçisi və Azərbaycan Rəsm Komitəsinin sədri seçilib.

Ailəlidir, 2 oğlu, 1 qızı var.

Mənbə http://www.bizimyazi.com/?p=4016

İstinadlar

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Qazaxda doğulanlar