Grimoire of Zero () və ya Yaponiyada tanınan adı ilə — Yoşinori Şizumanın rəssamlığı ilə Kakeru Kobashiri tərəfindən yazılan ranobe seriyası. Ranobe 2012-ci ildə 20-ci Dengeki Roman Mükafatının qalibi olmuşdur. ASCII Media Works 2014-cü ilin fevralından ranobenin 7 cildini buraxmışdır. Takaşi İvasakinin rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 27 dekabr 2014-cü ildən ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunur. Yasuoka tərəfindən adlı spin-off manqası da istehsal olunmuşdur. White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyasının 2017-ci ilin aprelindən iyununa qədər anime serialı adaptasiyası yayımlanmışdır.

Məzmun 526-cı ildir. Hadisələr Zero adlı dünya cahili ilə yarı-insan, yarı-bədheybət olan muzdlu əsgər ətrafında cərəyan edir. Bu dünyada sehrbazlıqla məşğul olan cadugərlər də mövcuddurlar, lakin bu dövrdə heç kim cadugərlik haqqında bir şey bilmir. Zero bütün dünyanı məhv edəcək gücə malik "Zero kitabı"nı tapmaq üçün səyahətə çıxmağa hazırlaşır. Zero insan olmaq arzusunda olan muzdlu əsgərə onunla birlikdə gəlməyi və cangüdəni olmasını təklif edir.

Personajlar

Baş qəhrəmandır. Zero cadugərdir və dünyanı yox etmək gücünə malik "Zero kitabı"nı axtarır.

Yarı-insan, yarı-bədheybət adsız personajdır. İnsanlar onun növünü rişxəndlə "düşmüş bədheybətlər" adlandırırlar. İnsan olmaq ümudi ilə Zeronun cangüdəni olmaq təklifini qəbul edir.

Cadugərlərin nəslindədir. Cadugərlərin əzablarına son verməyə çalışır.

Media Ranobe Ranobe seriyası Yoşinori Şizumanın rəssamlığı ilə Kakeru Kobaşiri tərəfindən yazılmışdır. Ranobe 2013-cü ildə 20-ci Dengeki Roman Mükafatının qalibi olmuşdur. ASCII Media Works ranobenin ilk cildini 8 fevral 2014-cü ildə Dengeki Bunko imprinti altında buraxmışdır. 10 avqust 2016-cı ildə kimi 7 cildi nəşr olunmuşdur.

Cild siyahısı

Manqa Takeşi İvasakinin rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 27 dekabr 2014-cü ildən ASCII Media Works nəşriyyatının "Dengeki Maoh" jurnalında nəşr olunur. İndiyə qədər 4 cildi buraxılmışdır.

27 oktyabr 2015-ci ildə "Dengeki Maoh" jurnalında Yasuoka tərəfindən yazılan adlı spin-off manqası nəşr olunmağa başlamışdır.

Anime 2 oktyabr 2016-cı ildə baş tutmuş "Dengeki Fall Festival" tədbirində anime serialı adaptasiyası anons edilmişdir. White Fox studiyası tərəfindən istehsal olunan animenin rejissoru Tetsuo Hiraka, personaj dizaynerləri Ryosuke Kimiya və Daysuke Mataqadır. Animenin 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır. 10 aprel 2017-ci ildən 26 iyun 2017-ci ilə kimi yayımlanmışdır və 12 seriya davam etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2014-cü ilin manqaları Kateqoriya:2015-ci ilin manqaları Kateqoriya:2017-ci ilin anime serialları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Dengeki Bunko Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Seynen manqaları Kateqoriya:ASCII Media Works manqaları Kateqoriya:Dengeki Daioh Kateqoriya:White Fox Kateqoriya:Ranobelərə əsaslanan anime və manqalar Kateqoriya:Ranobelərə əsaslanan televiziya verilişləri Kateqoriya:Cadugərlik haqqında anime və manqalar Kateqoriya:2017-ci ilin videooyunları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Kadokawa Dwango franşizləri