Samuli Piippo (1 yanvar 1980) — Finlandiyalı oxatan. Samuli Piippo Finlandiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, 2013-cü il Dünya Çempionatında kişilərin fərdi yarışında iştirak etmişdir.

Karyerası Samuli Piippo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Almaniyanın nümayəndəsi Florian Floto ilə üz-üzə gəldi. Həmin görüşdə Samuli Piippo rəqibinə 0:6 hesabı ilə uduzdu.

Mənbələr

İstinadlar

Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında oxatanlar