() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qərbi Himalay, Çin və Yaponiyada dağ meşələrində, kasıb torpaqlarda yayılmışdır. Vətənində bu bitki Çin çətənə palması adlanır.
Botaniki xarakteristikası Hündürlüyü 10 m-dən çoxdur. Çətiri kiçikdir. Yarpaqları üst tərəfdən parlaq, yelpikvari, tünd-yaşıl, alt tərəfdən göyümtülü, çoxsaylı buğumlara bölünmüşdür, diametri 60 sm-ə çatır. Saplaqları çılpaq iynəsiz, bünövrəsində cod tükçuklüdür. Çiçəyi sarı, ətirlidir, iri qoltuq çiçək qruplarında yerləşir. Yarpaq buğumlarının miqdarı 30-a çatır. Hər buğumu saplığın birləşmə yerinədək kəsilmiş yarpaqların ucları ikiyə bölünmuşdür. Yarpaq saplağının kənarlarında zəif bilinən dişcikləri vardır. May ayında çiçəkləyir. Meyvəsi qışda yetişir. Çoxaldılması toxumlarla aparılır.
Ekologiyası Şaxtayadavamlı palma növlərindən biridir, -18 C-dək şaxtalara dözür. Fortuna traxikarpusu torpağa tələbkar deyil, ancaq yaxşı drenaj saxlanılmalıdır. Nəmişli iqlim şəraitində quraqlığı pis keçirir, orta miqdarda nəmişli havanı (40%) sevir. Cənubda subtropik rayonlarda açıq sahədə qışlayır.
Azərbaycanda yayılması Bakı, Lənkəran və digər şəhərlərdə mədəni şəraitdə becərilir.
İstifadəsi Park və bağsalmada tək ərinlərdə geniş istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1861-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Çin ağacları Kateqoriya:Yaponiya ağacları Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər