Laqoa-Мirin (, ) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır.

Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.

Sahilləri bataqlıqlaşmışdır. Qumlu çimərliklərə sahibdir. Uruqvay hissədə sahillərində istirahət mərkəzləri vardır. Sahilində olan düzənlik hesabına çəltik istehsalına imkan verir.

İstinadlar

Kateqoriya:Riu-Qrandi-du-Sul coğrafiyası Kateqoriya:Braziliya gölləri Kateqoriya:Uruqvay gölləri Kateqoriya:Sərhəd gölləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri