Qadesli Moderatus (yun. Μοδέρατος, m. I yüzilliyin ikinci yarısı) — Roma filosofu, yeni-pifaqorçular məktəbinin təmsilçisi.

Təlimi O yeni-platonçu Plotinin ifadə etdiyi Üçlük haqqında fikirlərinin əsasını qoymuşdur. Belə ki, Moderatusa görə bütün varlıq birdir və üç hissədən ibarətdir. Birincisi hər şeydən yüksək olan Vahiddir. İkincisi ideyalar toplusu və həqiqi varlıq olan Əqldir ki, onu düşüncə ilə qavramaq mümkündür. Üçüncüsü isə Ruhdur ki, o birinci və ikinci hissənin sayəsində mövcud olur. Eyni zamanda, Moderatus Pifaqor fəlsəfəsinə üstünlük verərək hesab edirdi ki, Platon, Aristotel və digər filosoflar onun fikirlərini mənimsəmişlər. Bunu edərək, onlar bütün mənfilikləri və qüsurları pifaqorçulara aid edərək onu gözdən salmışlar.Модерат // Античная философия: энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция, 2008.

Mənbə

Ədəbiyyat

Kahn С. H. Pythagoras and the Pythagoreans. Indianapolis: Hackett Publishing, 2001, p. 105–110. Античная философия: энциклопедический словарь. Под ред. М. А. Солоповой. М.: Прогресс-Традиция, 2008.- C.494–495.

Həmçinin bax Neopifaqorçuluq

İstinadlar

Kateqoriya:I əsr şəxsləri Kateqoriya:Antik fəlsəfə Kateqoriya:Mistika Kateqoriya:Roma imperiyasında din Kateqoriya:Qədim Roma filosofları Kateqoriya:Qədim Yunanıstan