Arnolfini cütlüyünün portreti () — məşhur flamand rəssamı Yan van Eyk tərəfindən təxminən 1434-cü ildə çəkilmiş erkən İntibah üslubunda olan rəsm əsəridir. O, Avropa incəsənət tarixində ilk məlum qoşa portret nümunəsi hesab edilir.

Portret (81,8 × 59,7 sm) 1434-cü ildə Brügge şəhərində yaradılmışdır və 1842-ci ildən etibarən London milli qalereyasında saxlanılır (zal № 56, inv. № NG186). Rəsm əsərində tacir Covanni di Nikolao Arnolfini və onun arvadının Brügge şəhərində yerləşən şəxsi mülkündə təsvir olunduqları güman edilir. Rəsm əsəri Şimal İntibahı dövrünə aid edilən flamand və holland incəsənət məktəblərinin ən qəliz interpretasiya olunan nümunəsi sayılır, tabloda məhz kimin təsvir olunması haqda olan çoxsaylı mübahisələr isə günümüzə qədər davam edir.

Gözəlliyi, ikonoqrafiya kompleksiWard, John. "Disguised Symbolism as Enactive Symbolism in Van Eyck's Paintings". Artibus et Historiae, Vol. 15, No. 29 (1994), pp. 9–53, həndəsi ortoqonal perspektiviElkins, John, "On the Arnolfini Portrait and the Lucca Madonna: Did Jan van Eyck Have a Perspectival System?". The Art Bulletin, Vol. 73, No. 1 (Mar., 1991), pp. 53–62, mühitin əks etdirilməsi üçün güzgünün istifadəsi və əsərin bəzi tədqiqatçılar tərəfindən nikah müqaviləsinin rəsmiləşdirilməsini əks etdirməsinin qəbul edilməsi nəzərə alınmaqlaWard, John L. "On the Mathematics of the Perspective of the "Arnolfini Portrait" and similar works of Jan van Eyck", Art Bulletin, Vol. 65, No. 4 (1983) p.680Seidel, Linda. "Jan van Eyck's Arnolfini Portrait": Business as Usual?". Critical Inquiry, Vol. 16, No. 1 (Autumn, 1989), pp. 54–86, portret qərb incəsənətində ən original və mürəkkəb sənət nümunələrindən biri hesab edilirHarbison, Craig. "Sexuality and Social Standing in Arnolfini's Double Portrait". Renaissance Quarterly, Vol. 43, No. 2 (Summer, 1990), pp. 249–291. Ernst Qombriçə görə "İtaliyada Donatello və Mazaççonun əsərləri kimi, bu əsər də özünəməxsus yeni və inqilabçı xüsusiyyətə malikdirGombrich, E. H., The Story of Art, p. 180, Phaidon, 13th edn. 1982. ISBN 0-7148-1841-0. Sanki real dünyanın sadə bir küncündə adi həyat səhnəsi sehrli çubuğun gözlənilməz hərəkəti ilə olduğu kimi kətan üzərində həkk edilmişdir… Tarixdə ilk dəfə rəssam sözün həqiqi mənasında ideal göz şahidi olmuşdur." Van Eyk tərəfindən 1434-cü ildə imzalanmış əsər, həmin rəssam və onun qardaşı Hubert tərəfindən işlənmiş Gent altarı ilə yanaşı tempera ilə yox, yağlı boya ilə işlənmiş ən qədim məlum əsərlərdir. Əsər 1842-ci ildə London Milli Qalereyasına gətirilmişdir.

Portretin tarixi

Van Eyk portretin tarixini 1434-cü il olaraq müəyyən etmişdir. 1516-cı ilə kimi, rəsm əsəri uzun illər boyunca ispan kralının kamergeri vəzifəsində çalışmış Don Dieqo de Gevaraya (1520-ci ildə vəfat etmişdir) məxsus olmuşdur. O, həyatının böyük bir qismini Niderlandda yaşamış və bu səbəbdən də çox güman ki, Arnolfini ilə yaxın tanışlıq münasibətlərində olmuşdur. 1516-cı ildə de Gevara həmin portreti Mexelen şəhərində yaşayan və İspan Niderlandlarının ştathalteri vəzifəsini icra edən Avstriyalı Marqaritaya hədiyyə etmişdir. Həmin ilin 17 iyul tarixində Marqaritaya məxsus əmlakın inventarında fransız dilində belə bir qeyd yerləşdirilmişdir:

Alihəzrət kraliçanın birbaşa göstərişi əsasında, rəsm əsərinin kənarlarına və künclərinə əlavə olaraq iki tayın bərkidilməsi ehtiyacı haqqında xüsusi qeyd əlavə olunmuşdur. Bu, portretdə kimin təsvir edildiyini şahidlik edən ilk sənədli məcmuu toplusu hesab olunur. Hernoult-le-Fin — italyan köklü Arnolfini soyadının fransız tələffüzüdür. Arnolfinilər o zaman Brüggedə kontor və şöbələrə malik olmuş böyük ticarətçi və bankir ailəsi idilər. 9 iyul 1523-cü il və 17 aprel 1524-cü il tarixləri arasında Avstriyalı Marqaritanın inventar siyahısında portret haqqında növbəti yazı meydana çıxır: "…İkili tayla bağlanan daha bir nəfis rəsm əsərinin üzərində ayaq üstə duran və bir-birinin əlindən tutan qadın və kişi təsvir olunmuşdur. Əsər İohannın (Yohannesin) əli ilə yerinə yetirilmişdir, göstərilmiş iki tayın səthində rəhmətlik Don Dieqonun gerbi və devizi yerləşdirilmişdir, əsas personajın adı Arnolfindir (Arnoult Fin)". Edvin Hollun qeyd etdiyi kimi, müxtəlif inventar nümunələrində yazılan soyadın cürbəcür interpretasiya olunmasının başlıca səbəbi, yerli sakinlər tərəfindən həmin insanı şəxsən tanımamaları idi və məhz bu səbəbdən də, onun italyan soyadının ancaq şifahi ənənədə qalması sonrakı identifikasiya işləri zamanı bir sıra çətinliklərə gətirib çıxardırdı. 1734-cü ildə baş vermiş dəhşətli yanğın nəticəsində Alkasar tamamilə məhv olmuşdur və 1794-cü ildə şəkil artıq dağılmış köhnə sarayın yerində təkrarən inşa edilmiş Madrid kral sarayına köçürülmüşdür. Bundan sonra onun gələcək taleyi iyirmi ilə kimi naməlum olaraq qalır.

1530-cu ildə portret Marqaritanın qardaşı qızı sayılan və Niderlandın növbəti ştathalteri vəzifəsini tutan Macarıstanlı Mariyaya varis olundu; Mariya 1556-cı ildə İspaniyaya köçdü və van Eykin əsərini özü ilə apardı. 1558-ci ildə edilmiş yeni inventar yazısına əsasən, rəsm əsərinin Macarıstanlı Mariyanın vəfatından sonra kral II Filippə ərmağan edildiyi məlum olur. Sançes Koelyo tərəfindən yaradılmış və kral Filippin qızları İzabella və Katalina Mikayeli təsvir edən ikiqat portretdəki modellərin pozaları van Eykin müəllifi olduğu personajların poziturasını təkrarlayır. 1599-cu ildə əslən Leypsiq şəhərindən olan Yakob Kelvitz öz İspaniya səfəri çərçivəsində Madridin məşhur Alkasar sarayına baş çəkir və orada həmin rəsm əsərini görərək, ona məftun olur. Çərçivə üzərinə Roma şairi Ovidi Nazondan sitat yerləşdirilmişdir: ( — Vədlərdə ehtiyatlı ol: hərçənd ki, vədlərin nə pis cəhəti var ki? Vədlər sayəsində istənilən zənginləşə bilər). Velaskes də çox güman ki, van Eykin bu rəsm əsəri barəsində əvvəlcədən xəbərdar idi; ispan rəssamı daha sonralar "Meninalar" (yəni freylinalar) adlı öz rəsm əsərində "güzgüdə personajın əks edilməsi" motivindən istifadə etmişdir.

Kral II Karlın 1700-cü ildə ölümündən sonra edilmiş inventar kitabçasındakı yazıya əsasən, rəsm əsərinin hələ də Madriddə saxlandığını güman etmək olar. Ovididən sətirlər və çərçivə tayları həmin dövrün siyahıyaalınma sənədlərində dəfələrlə xatırlanırdı (rəsm əsərinin çərçivəsi haqda sonuncu qeydlər 1700–1842-ci illər arasında edilmişdir; onların sonrakı taleyi haqda heç bir məlumat yoxdur), portretdə təsvir edilmiş qadının isə hamilə oması haqda çoxsaylı qeydlər mövcud idi. 1734-cü ildə baş vermiş dəhşətli yanğın nəticəsində Alkasar tamamilə məhv olmuşdur və 1794-cü ildə şəkil artıq dağılmış köhnə sarayın yerində təkrarən inşa edilmiş Madrid kral sarayına köçürülmüşdür. Bundan sonra onun gələcək taleyi iyirmi ilə kimi naməlum olaraq qalır.

1815-ci ildə Britaniya ordusunun polkovniki Ceyms Hey, Vaterloo yaxınlığında baş vermiş döyüşdə alınmış yaralanmadan sonra Brüsseldə müalicə olunurdu. Onun sözlərinə görə, şəkil onun müalicə aldığı otaqdan asılmışdır. Rəsm əsəri Heyin o qədər xoşuna gəlmişdir ki, o, otaq sahibini həmin şəkili ona satmağa razılaşdırmağa çalışır. Ehtimal ki, bu hekayə Heyin qondarma xəyal məhsuludur. Ehtimal ki, şəkil 1813-cü ildə baş vermiş Vitoriya döyüşdən sonra İspaniyada onun əlinə keçmişdir. O zaman Jozef Bonopartın qoşunları hersoq və Britaniya sərkərdəsi Artur Vellinqtonun komandanlığı altında britaniyalıların, ispanların və portuqaliyalıların birləşdirilmiş güclərindən məğlubiyyətə uğrayaraq, geri çəkilməyə məcbur olmuşdular. Fransızlar tərəfindən Madrid kral sarayından talan edilmiş rəsm əsərləri, daha sonra britaniyalılar tərəfindən araba karvanına yüklənərək İspaniya ərazisindən birdəfəlik olaraq çıxarılmışdır. Təxminən 90 qənimət parçası Vellinqtonun oqamətgahı hesab edilən London Epsli-haus kolleksiyasının əsasını qoymuşdur. 16-cı yüngül draqun alayının polkovnik-leytenantı olmuş Ceyms Hey isə Vitoriya döyüşünün iştirakçısı idi.

Hey 1816-cı ildə Arnolfini cütlüyünün portretini paytaxt Londona gətirir və "aprobasiya üçün" onu Tomas Lourensin vasitəçiliyi ilə şahzadə-naibiyə, yəni gələcək kral IV Georqa ərmağan edir. Portret 10 oktyabr 1816-cı ildən etibarən Karlton-haus (En) iqamətgahının predmetlər siyahısında qeyd olunurdu, o, bir müddət şahzadə-naibin şəxsi asudə otaqlarının birində asılmış, lakin naməlum səbəblərdən 1818-ci ilin aprelində Lourensə geri qaytarılmışdır.

1828-ci ildə Ceyms Hey şəklin mühafizə edilməsi üçün dostuna hədiyyə olaraq bağışlayır və məhz bu səbəbdən də, ən azı onun haqqında 13 il heç nə məlum deyildi. 1842-ci ildə isə, o, təxminən 730 funt məbləğində yenicə əsası qoyulmuş London milli qalereyası tərəfindən satın alınmışdır; 1856-cı ilə kimi, rəsm əsəri "Fələməng kişisi və onun arvadı" adı atında ziyarətçilərə nümayiş olunurdu.

Kompozisiya

Rəsm əsri 1434-cü ildə Brügge şəhərində çəkilmişdir; o vaxtlar bura Şimali Avropanın ən böyük ticarət mərkəzlərindən biri hesab edilirdi. "Öz malları və mahir ustaları ilə məşhurlaşmış, şəhərdir" — 1419–1467-ci illər ərazində Burqundiyanın hersoqu olmuş Xeyirxah III Filipp öz salnamələrində şəhəri məhz bu cür fərəh hissi ilə təsvir edirdi. Brügge onun hersoqluğunun əsas liman şəhəri idi.

Kişi və qadın bir-birindən bir qədər məsafədə dururlar, o, demək olar ki, fas (yəni üz), yanındakı qadın isə üçdə dörd bucaq altında təsvir edilmişdir. Rəssam otağın interyerini yaradarkən, xətt perspektivinə ciddi riayət etməmişdir; belə ki, otaq sanki yuxarıdan görünür (onun döşəməsi həddən artıq sərt yuxarı qalxır), həmçinin enişin vahid nöqtəsi yoxdur. Eyni zamanda, tamaşaçının baxışını yönəldən şəklin məna mərkəzində perspektivli ixtisarda olan pəncərə və çarpayı, eləcə də personajların birləşdirilmiş əllər təsvir edilmişdir. Biri digərinin üzərinə qoyulmuş və mərkəzdə yerləşdirilmiş əllərin motivi (çılçıraq-güzgü-it), döşəmədəki və divardakı işıq ləkələri ilə əlavə olaraq xüsusi qeyd edilir.

Qadın kişinin sol əlinə öz sağ əlini nəvaziş hissi ilə qoyur. Bu təmas olduqca seremonial və mərasimyönümlü təsir yaradır; rəssam bu elementi şəklin demək olar ki, mərkəzində təsvir edərək, ona xüsusi rəmzi məna vermişdir. Personajlar ehtimal ki, şəhər evinin yataq otağındadırlar. Onlar bayram kostyumlarına geyinilmişlər, qadının əynindəki donun şleyfi diqqətlə düzəldilmişdir, kişinin sağ əli isə, sanki and tələffüzünü edən insanlarda olduğu kimi çiyin səviyyəsinə qədər yüksəlmişdir.

Şəklin əhəmiyyətli məna elementi — divardakı güzgüdür. O kompozisiyanın mərkəzi oxunda, yəni düz personajların birləşdirilmiş əllərinin üstündə yerləşdirilmişdir. Rəssam güzgünün ətrafında olan sahəni işıqla ayırır, və bu pəncərədən düz düşən işıq deyil (çünki divar açıq-aydın qeyri-müntəzəm şəkildə işıqlandırılıb); bu, sanki qabarıq şüşəni əhatə edən əlahiddə şəfəqdir. Divardakı güzgüdə iki əsas personajın bədəni kürək tərəfdən əks edilir, tabloda həmçinin otağın əks divarındakı qapı və onun kəndarında duran qırmızı və göy geyimli iki naməlum insan göstərilmişdir. Onların kostyumlarının siluetlərinə əsasən, bu naməlum şəxslərin də kişi və qadın olduqlarını güman etmək olar, lakin onların üz cizgilərini aydın şəkildə ayırd etmək qeyri-mümkündür. Bəzi tədqiqatçılar, güzgünün üstündəki "Yan van Eyk burada idi" yazısına diqqət yetirərək hesab edirlər ki, otağın kəndarında dayanan şəxslərdən biri — rəssamın elə özüdür (göy geyimli fiqur). 230px|thumb|left|Yan van Eyk — Madonna kilsədə, təxm. 1438, Berlin Rəsm Qalereyası