Herakl Kalpe və Abula dağlarını ayırır — 1634-cü ildə Françisko de Zurbaran tərəfindən yaradılmış, kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsəridir.

Təsviri Rəsm əsəri 136 sm × 167 sm ölçülərində çəkilmişdir. Rəsm əsərinin kolleksiyası Prado muzeyində saxlanılır.

Analizi Tabloda Herakl təsvir olunmuşdur. Rəsm əsərində biz onun Herkules sütunları kimi də tanınan Kalpe və Abula dağlarını bir-birindən ayırdığını görə bilərik.

Françisko de Zurbaranın Herakla həsr olunmuş 10 rəsm əsəri Buen Ritero Sarayının Şahzadələr Zalının IV Filipp üçün ayrılmış zalında nümayiş olunmuşdur. Hal-hazırda həmin seriya Prado muzeyində saxlanılır və nümayiş olunur.

İstinadlar

Biblioqrafiya Juan Antonio Gaya Nuño et Tiziana Frati, La obra pictórica de Zurbarán, éditions Planeta, Barcelone, 1988, ISBN 84-320-2866-5 p. 131-132.

Kateqoriya:Herakl Kateqoriya:Yunan miflərini əks etdirən rəsm əsərləri Kateqoriya:Françisko de Zurbaranın rəsm əsərləri Kateqoriya:1634-cü ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Prado muzeyi kolleksiyasındakı rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər