İstanbul Dəniz Muzeyi () - Türkiyədə ilk və ən böyük dənizçilik muzeyidir. İstanbulun Beşiktaş səmtində yerləşir. Kolleksiyasında 20.000 ədəd eksponat vardır. Türk Dəniz Qüvvələrinin tabeliyində olan İstanbul Dəniz Muzeyi Türkiyədə qurulan ilk hərbi muzeydir. Əsas sərgi binası 3 mərtəbəli olub, 20.000 m² sahəyə malikdir. Burada 4 əsas qalereya, 2 otaq, uşaq otağı, sineviziya otağı, çox məqsədli zal, 2 incəsənət qalereyası və 2 foye mövcuddur.
Xarici keçidlər
Kateqoriya:İstanbul muzeyləri Kateqoriya:Dənizçilik muzeyləri Kateqoriya:Bosfor