— Beş Fuci gölünün ən qərbində yerləşən göl. Yaponiyada, Fuci dağının yaxınlığında, Yamanaşi prefekturasının cənubunda yerləşir.

Sahəsinə Beş Fuci gölü arasında 3-cü ən böyük, dərinliyinə görə ən dərin göldür. Ən dərin yeri 121,6 metr təşkil edir. Bu göstəriciyə görə Yaponiyanın ən dərin doqquzuncu gölüdür. Dəniz səviyyəsindən hündürlüyü qonşuluğundakı Şoci və Say gölləri ilə eynidir: 900 metr. Bu isə bu göllərin əvvəllərin tək göl olduğunu və gölün Fuci dağından gələn böyük lava axını nəticəsində parçalandığını təsdiq edir.Rafferty, Tectonics, Volcanoes, and Earthquakes. page 135 Lava axınının qalıqları Aokiqahara meşəsinin altındadır və bu, bu üç gölün yeraltı sular vasitəsilə əlaqələndiyini göstərir.

Göl Fuci-Hakone-İzu Milli Parkında yerləşir.Fuji-Hakone-Izu National Park (Ministry of the Environment (Japan))

Digər Fuci göllərində olduğu kimi Motosu gölünün də ətrafında otellər, kurortlar, düşərgələr və hamamlar yerləşir. Göldə al-əlvan qızılxallı və kumja yaşayır və göldə balıqçılıq populyardır. Lakin son illərdə göldəki insan fəaliyyətləri gölün təmizliyinə zərər verir və bu, böyük problemə səbəb olur.

Gölün Fuci dağı ilə mənzərəsi 5000 yapon yeninin D seriyasında və 1000 yapon yeninin E seriyasında təsvir olunmuşdu.

İstinadlar

Ədəbiyyat Rafferty, John P. Plate Tectonics, Volcanoes, and Earthquakes. Rosen Publishing (2010), ISBN 1615301062

Xarici keçidlər

Xəritə   Rəsmi saytı

Həmçinin bax Beş Fuci gölü Fuci-Hakone-İzu Milli Parkı

Kateqoriya:Yaponiya gölləri Kateqoriya:Yamanaşi prefekturasının görməli yerləri Kateqoriya:Yamanaşi prefekturası relyefi Kateqoriya:Fuci-Hakone-İzu Milli Parkı Kateqoriya:Fuci dağı Kateqoriya:Asiyada Sakit okeanın hövzəsi