Dördüncü dövr ― Beynəlxalq Stratiqrafiya Komissiyasının (ICS) geoxronoloji cədvəldə Kaynozoy erasının üçüncü – ən sonuncu dövrüdür. O, Neogen dövründən sonra gəlir və 2.58 milyon il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. Dördüncü dövr iki epoxaya bölünür: Pleystosen (2.58 milyon il əvvəldən 11.7 min il əvvələ qədər) və Holosen (11.7 min il əvvəldən bu günə qədər). Bu, nisbətən qısa geoloji zaman kəsiyində Yerin müasir siması və təbiətinin formalaşması, insanın meydana gəlməsi və inkişafı ilə bağlıdır. Nəhayət Dördüncü dövr çöküntülərində bir sıra faydalı qazıntı yataqları yerləşir. Buna görə də Dördüncü dövr digər geoloji dövrlərlə müqayisədə çox qısa olsa da müstəqil dövr kimi ayrılır.Azərbaycanın geologiyası. I cild. Bakı-2015

Elmi tədqiqatların tarixi

Dünyada Dördüncü dövr temini 1759-cu ildə italyan geoloqu Covanni Ardyuno tərəfindən İtaliyanın şimalındakı Po çayının vadisindəki alyüvial yataqlar üçün təklif etmişdir. 1829-cu ildə Jules Desnoyers Fransanın Sien hövzəsinin çöküntüləri üçün təqdim etmişdir. Bu çöküntülərin Üçüncü Dövrün süxurlarına nisbətən cavan olduğu açıq-aşkar görünürdü.

Dördüncü dövr Neogen Dövründən sonra gəlir və bu günə qədər uzanır. Dördüncü dövrü buzlaşmaların zaman kəsiyində təsnifləndirilməsi (Pleystosenə kimi) və hazırkı buzlaşma dövrü (Holosen) əhatə edir. Dördüncü dövrün bölgüləriSistem/ DövrŞöbə/ EpoxaMərtəbə/ YaşYaş (Milyon illə)DördüncüHolosen0.0117–0PleystosenÜst0.126–0.0117Orta0.781–0.126Kalabriya1.80–0.781Gelas2.58–1.80NeogenPliosenPiasenziyadaha qədimDördüncü dövrün bu bölgüləri Beynəxalq Stratiqafiya Komissiyası tərəfindən 2016-cı ilin

aprel ayında qəbul olunmuşdur

Azərbaycanda Azərbaycanın və Xəzər əyalətinin antropogen çöküntülərinin stratiqrafiyasının əsası E.Eyxvald, O.A.Qrimm, X.Şeqren, A.İ.Sorokin, S.Simonoviç, P.Y.Voloroviç, İ.F.Sintsov və başqalarının tədqiqatları ilə qoyulmuşdur.

Antropogen çöküntülərin fauna və stratiqrafiyasının öyrənilməsində Azərbaycan alimlərindən D.A.Ağalarova, Q.Ə.Əlizadə, X.M.Şeydayeva-Quluyeva, B.G.Vəkilov, Ə.A.Əlizadə və başqalarını gösətərmək olar. Bu tədqiqatlar içərisində B.G.Vəkilovun (1969) "Şimal-şərqi Azərbaycanın anrtopogen çöküntüləri" adlı monaqrafiyası xüsusi əhəmiyyətə malikdir.

Dördüncü dövrün alt sərhəddi və onun Azərbaycanda vəziyyəti mübahisəlidir. Müasir məlumatlara görə bu sərhəd Abşeron mərtəbəsinin dabanından keçirilir. Dördüncü dövrün Azərbaycana uyğun stratiqrafik sxemi aşağıdakı cədvəldə göstərilmişdir (Məmmədov,2007). Azərbaycanın xronostratiqrafik sxemiDördüncü dövrƏsas bölgülərMütləq yaş (min il)HolosenMüasir çöküntülər Yeni Xəzər

Xvalın2 6

10–12PleystosenÜstYenotayev reqres.(10–12) – (23–24)Alt Xvalın(23–24) – (50–55)Altel. reqressiyası(50–55) – (110–114)Üst XəzərOrtaReqressiya(110–114) – 380Alt XəzərAltReqressiya380 – 500Üst BakıAlt Bakı500 – 600Türkan600 – 780Eopleystosen (Abşeron)Üst Abşeron780 – 930Orta Abşeron930 – 1150Alt Abşeron1150 – 1370

Geologiya Daha çox məlumat: Dördüncü dövr geologiyası

İnsanların yaranması ilə də tanınan Dördüncü dövr 2.6 milyon il intervalında hesablanır. Bu qısa müddət ərzində plitələr tektonikası nəticəsində qitələrin yerləşməsində kiçik dəyişikliklər baş verib.

Dördüncü dövr geologiyası digər dövrlərə nisbətən daha böyük məlumatlarda saxlanılıb.

Bu zaman kəsiyində başa verən əsas coğrafi dəyişikliklərə buzlaq epoxası ərzində Bosfor və Skagerrak boğazlarının əmələ dəlməsi daxildir, hansı ki, Qara dəniz və Baltik dəznizi şirin suların içinə bağlanır. İngilis kanalının periodik olaraq dolması Avropa qitəsi və Britaniya arasında torpaq körpüləri formalaşdırır. Berinq boğazının periodik bağlanması Asiya və Şimali Amerika arasında torpaq körpüləri formalaşdırır və buzlaq suları tərəfindən Amerikanın şimal-qərbinin Skablandslarının periodik daşqınları baş verir.

Hudzon körfəzinin hazırkı ölçüsü, Böyük Göllər və Şimali Amerikanın digər gölləri gec buz dövründən etibarən Kanada Qalxanı nəticəsində formalaşmışdır. Dördüncü dövrün üst hissəsində müxtəlif sahil xətləri mövcuddur.

İqlim Dövrü buzlaşmalarla kontinental buzlaşmalar qütblərdən 40 dərəcəlik paralelə qədər uzanırdı. Pleystosen epoxasının sonunda Şimal zonalarda böyük məməlilərin kütləvi şəkildə nəsili kəsilməyə başqadı. Qılınc dişli pişiklərin, mamontların, mastodonların (mamonta oxşar fillər), qliptodonların və s. Yerdə nəsli kəsilməyə başladı.Haynes. "Stanford Camelops"  (PDF)."Extinct American Cheetah Fact Sheet" . library.sandiegozoo.org. Retrieved 2015–12-10.

Dördüncü dövr və ya Antropogen  Yerin inkişaf tarixinin müasir mərhələsini əhatə edən geoloji dövrdür, Kaynazoy erasının Paleogen və Neogendən sonra gələn üçüncü (cari) dövrü olaraq, 2.588 mln. il əvvəl başlamış və bu günə qədər davam edir. Məhz bu dövrdə əksər müasir relyef formaları formalaşmış və Yer tarixinin çoxlu mühüm (insan baxımından) hadisələri, o cümlədən buzlaq epoxası (dövrü) və insanın əmələ gəlməsi baş vermişdir.

Digər geoloji dövrlərlə müqayisədə bu dövrün məxsusi xüsusiyyətləri "Dördüncü dövrün geologiyası" kimi geologiyanın xüsusi qolunun ayrılmasına imkan vermişdir. Dördüncü dövr iki: Pleystosen və Holosen epoxalarına ayrılır.

Dünyada bir çox filiz (səpinti mənşəli) və qeyri-filiz yataqları, o cümlədən qızıl, platin, qalay, almaz, tikinti və kimya materialı yataqları Dördüncü dövr çöküntüləri ilə əlaqədardır.

Dördüncü dövrün öyrənilməsi üzrə Beynəlxalq İttifaq (İNQUA) dünyanın Dördüncü dövrü öyrənən minlərlə mütəxəssisini öz ətrafında toplayan ictimai təşkilatdır. 1928-ci ildə yaradılmış, dörd ildən bir öz konqresini keçirir. Sonuncu, 18-ci konqres 2011-ci ildə İsveçrənin Bern şəhərində keçirilmiş, dünyanın 75 ölkəsindən 2000 mindən çox mütəxəssis bu toplantıda iştirak etmişdir.

Azərbaycan ərazisinin hər yerində Dördüncü dövrün çöküntüləri geniş yayılmışdır və ölkəmizdə onlar kifayət qədər ətraflı öyrənilmişdir. 1975-ci ildə sahə mütəxəsislərinin birgə əməyinin məhsulu olan 1:500000 miqyaslı "Azərbaycanın Dördüncü dövr çöküntülərinin xəritəsi" və "Azərbaycanın Dördüncü dövr çöküntülərinin geologiyası" monoqrafiyası tərtib edilmişdir. Bu işlərə görə müəlliflər (S.Əlizadə, Ə.Bayramov, Ə.Məmmədov və N.Şirinov) Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər http://www.stratigraphy.org/ https://en.wikipedia.org/wiki/Giovanni_Arduino_(geologist) https://en.wikipedia.org/wiki/Jules_Desnoyers https://en.wikipedia.org/wiki/Tertiary https://en.wikipedia.org/wiki/Channeled_Scablands

Kateqoriya:Geoloji dövrlər Kateqoriya:Fiziki okeanologiya Kateqoriya:Fiziki coğrafiya Kateqoriya:Dördüncü dövr