Əsməhan Qaya Sultan (d. 1633, İstanbul — ö. 28 fevral 1659, İstanbul) — Osmanlı padşahı IV. Murad'ın Aişə Hasəki Sultandan doğulan üçüncü qızı.Mustafa Çağatay Uluçay, Padişahların Kadınları Ve Kızları (2011). İstanbul: Ötüken Neşriyat. ISBN 9789754378405.

Həyatı Tarixi mənbələrdə haqqında çox az məlumat olan Əsməhan Sultan 1633-cü ildə IV. Murad və Aişə Hasəki Sultanın üçüncü qızları olaraq İstanbulda dünyaya gəldi. Hələ 7 yaşındaykən atası vəfat etmiş, bundan sonrakı illərini əmisi I. İbrahimin himayəsində böyüdülmüşdür. 1644-cü ildə əmisinin istəyi ilə vəzir Mələk Əhməd Paşa ilə evləndirilmişdir. Əsməhan Sultana aid bəzi əşyalar hazırda Topqapı Sarayında sərgilənir.Talha Uğurluel, Sarayın Kutsalları Asr-ı Saadet'ten Osmanlı'ya (2015). İstanbul: Timaş Yayınları. ISBN 9786050818147. Uzun müddət övlad sahibi olmayan Əsməhan Sultan 1659-cu ildə Afifə Sultan adında bir qız uşağı dünyaya gətirdi ancaq doğum əsnasında vəfat etdi. Məzarı Ayasofyadakı Sultan İbrahim türbəsindədir.

Mənbə

Kateqoriya:Osmanlı sultanlarının qızları Kateqoriya:Türkiyə müsəlmanları