Montanada muğam — Amerikalı jurnalist Tomas Qoltsun 2007-ci ildə çəkdiyi sənədli film.

Məzmun Sənədli film xanəndə, 2009-cu ildə Səmərqənddə keçirilən "Şərq təranələri" beynəlxalq muğam festivalının qalibi Qoçaq Əsgərovun 2007-ci ildə Montanada verdiyi muğam proqramını əhatə edir. Onu konsertdə "Qədim Şərq" qrupu müşayiət edib. Bu konsert Azərbaycan Mədəniyyəti Dostları Fondunun təşkilatçılığı və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın layihəsi əsasında keçirilib.

Haqqında Film 15 dəqiqəlikdir.Yusifqızı, L. Azərbaycanın muğamı Kaliforniyanı fəth etdi: ["Montanada muğam" adlı 15 dəqiqəlik sənədli filmi Kaliforniyada keçirilən beynəlxalq kinofestivalda mükafata layiq görülüb] //Kaspi.- 2010.- 12 fevral.- S. 16.

Festival və mükafatlar 200? Beynəlxalq "Yosemite" kinofestivalı (qısametrajlı filmlər nominasiyası) — 2010 Beynəlxalq kinofestival ("Syear Nevada Award" qısametrajlı filmlər nominasiyası üzrə) — Kaliforniya.Mükərrəmoğlu, M. Azərbaycan muğamı Kaliforniyada yüksək qiymətləndirildi: [Amerikalı jurnalist Tomas Qoltsun "Montanada muğam" adlı 15 dəqiqəlik sənədli filmi beynəlxalq kinofestivalında] //Xalq qəzeti.-2010.- 17 fevral.- S. 8.

İstinadlar

Mənbə Rüstəm, Z. Azərbaycanın muğamı Kaliforniyada qiymətləndirildi: [Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" sənədli filmi haqqında] //Ayna.- 2010.- 13 fevral.- S. 19.

Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:Muğam