Elçin Cəlilov () — Azərbaycan müğənnisi.

Elçin ilk dəfə səhnəyə sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edir. Daha sonra isə Bakı Musiqi Akademiyasına daxil olur, Arif Babayevdən dərs almağa başlayır. Və efirlərə muğam ifaçısı kimi çıxır. O, muğam dəsgahları ilə yanaşı, xalq, estrada mahnıları, romansları gözəl ifa edir.

Bioqrafiyası

Erkən həyatı Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə, musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.

İstinadlar

Xarici keçidlər

Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı Lalə Dadaşova ilə evli azərbaycanlı müğənni haqda ŞOK FAKTLAR

Kateqoriya:Azərbaycan müğənniləri