Qafqazşünaslıq İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olmuş elmi tədqiqat institutu.
Tarixi AMEA Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci iltarixində AMEA-nın ümumi yığıncağının qərarına (№ 1/16) əsasən yaradılmışdır. İlk direktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı olmuşdur.Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən azad edilib. Tarix: 22.10.2024
20 fevral 2025-ci ildə AMEA-nın Ümumi Yığıncağında Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda elmi tədqiqat işlərini davam etdirəcəklər.
Strukturu Qafqaz tarixi şöbəsi Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsi Ermənişünaslıq şöbəsi Gürcüstanşünaslıq şöbəsi Şimali Qafqaz şöbəsi Nəşriyyat və ictimaiyyətlə əlaqələr şöbəsi Elektron Xidmətlər şöbəsi
Tədqiqat istiqamətləri Başlıca tədqiqat istiqamətləri:
Qafqaz tarixində qədim dövrlərdən yeri və rolu olan xalqların, dövlətlərin tarixi; Qədim dövrdən başlayaraq Cənubi Qafqazın tarixində Azərbaycanın yeri və rolu, qonşu xalqlar və dövlətlərlə münasibətləri; Qafqaz ölkələrinin daxilində baş verən sosial-iqtisadi, siyasi və b. proseslər, onların Azərbaycan Respublikasına təsiri; Qafqaz ölkələrinin xarici siyasəti və onun Azərbaycan Respublikasına təsiri; Böyük və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasəti, onda Azərbaycan Respublikasının yeri; Qafqaz regionunda münaqişələr, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, hərbi təcavüzü, işğalçılıq siyasəti və nəticələri, Vətən müharibəsindən sonra Qafqazda yaranan yeni geosiyasi reallıqlar; Diaspora və lobbi fəaliyyətləri, dünyanın tanınmış siyasi və ictimai xadimlərinin Qafqaz regionuna dair baxışları.
Fəaliyyət sahələri İnstitutun elmi jurnalının nəşri, tərcümə və çap işlərinin görülməsi, fəaliyyətin veb saytda işıqlandırılması, kütləvi informasiya vasitələrində yayılması Xarici ölkələrdəki nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə İnstitutun əlaqələrinin qurulması və əməkdaşlığı Beynəlxalq simpozium, konfrans və seminarlarda iştirak
Direktorları Ramilə Dadaşova (Direktor v.i.e.)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:AMEA Qafqazşünaslıq İnstitutu Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları Kateqoriya:2014-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:AMEA-nın institut və təşkilatları